Qəbələyə turist aparan avtobus qəzaya düşüb
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Ölənlər ər və arvaddır.
Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
Hadrutdan yeni GÖRÜNTÜLƏR
Turizm sahəsində geniş potensiala malikdir