Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

00:41 27-01-2020 | icon 1061 | Maraqlı
Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

Lazer texnologiyalarının tibb və sənaye istehsalı sahələrində tətbiqi gözün zədələnmə riskini meydana çıxarır. Voronej Dövlət Universitetinin Optika və Spektroskopiya şöbəsinin assistenti Andrey Zvyagin tərəfindən impulslu lazer şüalanmasından istifadə zamanı görmə qabiliyyətini qorumaq üçün yeni təsirli mexanizm yaradılıb.

 

Versus.Az xəbər verir ki, bu mexanizm sayəsində göz üçün zərərli impulslu lazer şüalanmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, münasib qiymətə malik optik örtüklər istehsal etmək mümkün olacaq.

 

Təklif olunan yanaşmanın yeniliyi qeyri-üzvi və üzvi strukturların birləşməsi hesabına unikal hibrid xüsusiyyətlərinə malik orijinal materialların işlənilməsindən ibarətdir. Optik şüalanma qəbuledicilərinə ziyan vurma riskini azaltmaq məqsədilə tərkibinə koloidal kvant nöqtələrinin hibrid birləşmələri və üzvi boyaların molekulları daxil olan nazik təbəqənin yaradılması təklif olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin