6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib

12:59 27-01-2020 | icon 1032 | Təhsil
6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib

"Görülən işlər nəticəsində ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib".

 

Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.

 

Nazirin sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir:

"Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".

 

Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib:

"Təəssüf ki, bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb