FUAD ƏLİYEV DSK-dan MSK-ya şikayət edib

14:49 27-01-2020 | icon 772 | Siyasət
FUAD ƏLİYEV DSK-dan MSK-ya şikayət edib

2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizəd Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət ərizəsi ilə müraciət edib.

 

Versus.Az-ın məlumatına görə, ərizədə deyilir:

 

 

Hörmətli Məzahir müəllim!

 

Təbliğat, təşviqat kampaniyası çərçivəsində namizədlər üçün müəyyən edilən yerlərdə vurulan təbliğat posterlərim cırılır, yarasız hala salınır. Bununla bağlı səlahiyyətli nümayəndəmin adıçəkilən dairə seçki komissiyasının katibi Roza Məmmədovaya etdiyi müraciətlər nəticəsiz qalıb.

Hər gün bu hadisə ilə üzləşdiyimizdən bu dəfə DSK sədri Hüseynqulu Əliəsgərova müraciət etdik. Seçki dairəsi ərazisində namizədlərin təbliğatı üçün nəzərdə tutulan 74, 252, 94, 213 saylı məktəblərin həyətində asılan lövhələrdən posterlərimizin cırılması ilə bağlı edilən şikayətlərimizə baxmayaraq bu prosesin hər gün baş verdiyini və məsələ ilə bağlı MSK-ya müraciət edəcəyimizi onun nəzərinə çatdırdıq. DSK sədrindən "Problem deyil, şikayət edin" cavabını aldıq.

Hörmətli Məzahir müəllim!

 

Hər gün belə hadisələrin baş verməsi ALDP namizədinə olan basqılardan, təbliğatımızın aparılmasına yaradılan süni əngəllərdən xəbər verir. Belə neqativ halların və ALDP-nin namizədinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasını sizdən xahiş edirik".

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı