…Gözəl insandır - sadə, təvəzökar

18:35 27-01-2020 | icon 828 | Cəmiyyət
…Gözəl insandır - sadə, təvəzökar

Ad gününüz mübarək, Nazir Əhmədli!

 

İnsan hər hansı bir işə bağlandısa, sanki tilsimə düşür. Bu tilsim onu rahat buraxmır, bütün ömrü boyu aşiqi olduğu işin yolunda əziyyət çəkir. O da tarixi faktları araşdırıb həqiqəti üzə çıxarmağın aşiqidir, bu işə bağlanıb…

 

Deyir ki,- "Göyçə mahalının kameral təsvirini hazırlayanda məlum oldu ki, Aşıq Ələsgərin əsl təvəllüdü indiyə kimi kitablarda, dərsliklərdə yazılan doğum tarixindən kəskin fərqlənir. O, 1821-ci ildə deyil, 1852-ci ildə anadan olub və 74 il yaşayıb. Ustad Ələsgərin babası kimi qeyd olunan Allahverdi adlı şəxs isə əslində Ələsgərin əmisidir. Ələsgərin atasının adı Alməmməd olub"…

 

…Həqiqəti üzə çıxartdığına görə başına çox işlər gəlib. Haqqında təhlükəsizlik komitəsinə kimi danoslar yazılıb. O isə heç zaman geri çəkilməyib, haqqın yanında olub. Cavad xanla da bağlı həqiqətləri üzə çıxarıb. Sübut etməyə çalışır ki, Azərbaycanın bu qeyrətli oğlunun Gəncədəki məzarı saxtadır, əsl həqiqətdə məzar başqa yerdədir…

 

…Çox çətinliklərə sinə gərib, Azərbaycan, Gürcüstan və Rusiyanın arxivlərində tədqiqat aparıb, Azərbaycanın qədim torpaqları, indi düşmənlərimizin tapdağı altında olan ərazilərdə yaşamış nəsillərin şəcərəsini müəyyənləşdirib. Və "İrəvan şəhərinin Kameral təsviri" adlı kitabı ərsəyə, araya gətirib…

 

Deyir ki,- "Rusiya imperiyasının 2 nüsxədə tərtib etdirdiyi kameral təsvirlərin bir nüsxəsi Tbilisi şəhərində "Qafqaz Canişinliyinin dəfətərxanası"nda, digəri isə Peterburqda "İmperiya arxivi"ndə saxlanılırdı. 1917-ci il inqilabından sonra Peterburqdakı nüsxələr itib. Sovet hakimiyyətinin vaxtında arxiv sənədləri aid olduğu ərazilər üzrə bölüşdürüldükdə Tiflisdəki nüsxələrin bəziləri Ermənistana göndərilib bəziləri isə Tiflisdə, "Gürcüstan Dövlət Arxivi"ndədir. Bir qismi də Azərbaycanın "Mərkəzi Dövlət Tarix Arxivi"ndə saxlanılır. Kameral təsvirləri hazırlayarkən bu arxivlərdən istifadə edirəm. Çətinliyə gəldikdə isə bu, daha çox fiziki faktorla bağlıdır. 100 mindən çox şəxsin adını yazmaq fiziki cəhətdən ağır işdir. Kameral təsvirlərə ön söz yazanda yüzlərlə mənbəyə müraciət edirəm"…

 

…Gözəl insandır- sadə, təvəzökar. Amma özünə qarşı çox tələbkardır, səhhətində problemlər olsa da əzmlə axtarışlarını davam etdirir. Gecəsini gündüzünə qatıb bir sıra bölgələrimizin kameral təsvirlərini artıq başa çatdırıb. Çap olunası xeyli materialı var. Bütün bunları ailə büdcəsindən kəsərək, öz hesabına edir. İnanırıq ki, kameral təsvirlərini ərsəyə gətirdiyi bölgələrdən olan bir kimsə nə vaxtsa bu insana dəstək olacaq. Əslində onun gördüyü işlər bir başa Azərbaycan dövlətinə xidmətdir…

 

…Haqqında söhbət açdığım Nazir Əhmədli 1961-ci ildə Dərələyəz mahalında dünyaya gəlib. Kimya üzrə fəlsəfə doktorudur. Amma ömrünün böyük hissəsi mətbuatla bağlıdır. Necə deyərlər, qələm əlindən düşməyib, daim yazıb yaradıb. Onun başqa sahədə alim olması bəzi insanlara qondarma əsas verib. Guya kimyaçı alim tarixçi alimin işini görə bilməz. Əslində o, tarixçi alimin yox, tədqiqatçı jurnalistin işini görür. Namizədlik elmi işini 11-ci "qızıl ordu"dan, doktorluğunu isə şamuyana bənzərlərdən və ya sosializmin tərəqqisindən yazıb başı dik gəzən bəzi təkəbbürlü alimlər, əlbəttə ki, onu bəyənməzlər. Bu insan ciddi araşdırmalarla məşğul olur, əsl tədqiqatçı alim kimi ortaya faktlar qoyur. Bir dəstə ağzıgöyçək isə haqqa qarşı çıxıb, onu yanlışlıqda suçlayırlar. Əslində həqiqəti yazan alimə mane olmaq, ən böyük düşmənçilikdir. Bir alimə qarşı yox, bir xalqın tarixinə təcavüzdür…

 

…İllər ötəcək, nəsillər dəyişəcək, onun ərsəyə gətirdiyi kameral təsvirlər, tarixçi alimlərin istinad yeri olacaq. Şair yaxşı deyib:- "Sağlığında qiymət verin insanlara"…

 

Yanvarın 27-si Nazir Əhmədlinin ad günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.
59 yaşınız mübarək, Nazir Əhmədli!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı