“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik”

10:28 28-01-2020 | icon 464 | İdman
“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik”

“2016-cı ildə 17 yaşlıların Avropa çempionatı keçirildi, açılış oyununu rekord sayda azarkeş izlədi. Turnir UEFA tərəfindən yüksək qiymətləndirildi”.

 

Versus.Az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

O, bu gün AFFA-nın növbəti konfransında çıxış edərək, 2016-cı ildən sonrakı dövr ərzində AFFA-nın fəaliyyətindən məlumat verib.

 

R. Abdullayev mötəbər futbol tədbirlərinin təşkilinə dəstəyini əsirgəməyən ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib:

“Avropa Liqasının finalı zamanı Bakıda 38 min azarkeş gəlmişdi. Bu, rekord göstəricidir. Bu turnir də yüksək səviyyədə təşkil olundu. UEFA tərəfindən son 10 ilin ən yüksək səviyyədə təşkil olunan yarışı hesab olundu. Ötən dövr ərzində müxtəlif məşq meydanları istifadəyə verildi. Növbəti dörd il üçün də infrastruktur layihələr planlaşdırılır. Şamaxıdakı stadionun tikintisinə mart ayından start veriləcək. Sumqayıtdakı stadionun yenidənqurması olacaq. Kütləvi futbolun inkişafında böyük işlər görülüb”.

 

AFFA prezidenti milli komandanın çıxışına da toxunub:

“Azarkeşləri, futbol ictimaiyyətini narahat edən məsələ millinin bu dövrdə yaxşı çıxış etməməsi oldu. Millətlər Liqasında qrupdan çıxa bilmədik. Halbuki bu, böyük şans idi ki, Bakıdakı final mərhələsində iştirak edək. Zəiflərin qrupundan çıxa bilmədik. AVRO-2020-nin seçmə mərhələsində də 1 xalla qrup sonuncusu olduq. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Avrokuboklarda klublarımız yaxşı çıxış etdilər. “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokn qrupunda çıxış etdi. Digər klubların da çıxışını nəzərə alsaq, yaxşı nəticə idi”.

 

Rövnəq Abdullayev hakimlərin də inkişafda olduğunu deyib:

“Avropa ölkələrində hakimlərimizin xidmətlərinə ehtiyac duyulur. Müxtəlif ölkələrin vacib oyunlarına hakimlərimizin təyin olunması xəbərlərini eşidəcəyik. Peşəkar səviyyədə hakimlərimiz var. Bunu UEFA-da və FİFA-da qeyd edirlər. Bizim ən böyük problemimiz yayım məsələsi idi. “CBC Sport” kanalını yaratmaqla futbolumuzun televiziya yayımında sabitlik yarandı. Ölkədaxili və beynəlxalq yarışlar yayımlanır”.

 

O bildirib ki, AVRO-2020-də onların üzərinə böyük yük düşür:

“İnanırıq ki, bu işin öhdəsindən layiqincə gələcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI