Bu preparatları qəbul edən qızın qaraciyəri sıradan çıxdı

02:18 29-01-2020 | icon 380 | Sağlamlıq
Bu preparatları qəbul edən qızın qaraciyəri sıradan çıxdı
23 yaşlı qız xəstəxanaya kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə daxil olur və ona qaraciyər köçürülməsi lazım olduğu bildirilir.
 
 
2 ay növbədə gözlədikdən sonra qıza orqan nəqli edilir.
 
 
Həkimlər bildirir ki, belə bir ciddi pozuntunun səbəbi qızın qəbul etdiyi müxtəlif bitki tərkibli BAD-lar olub.
 
 
Qeyd edək ki, BAD qila əlavəsi olub, vitamin, mineral preparatlarıdır.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, Emili Qoss bitki tərkibli hormonal balans, çəki və fertilliyi dəstələkləyici BAD qəbul edirdi. O, gündə 4 tablet atıb və bunu dərmanın təlimatına uyğun edib.
 
 
Yeni ilə yaxın qız gözlərinin ağının saraldığını görür, qarında, qaraciyərində ağrılar hiss edir. Preparatın qəbulunu dayandırsa da, vəziyyəti düzəlməyib. 1 həftə sonra qaraciyəri sıradan çıxıb.
 
 
Qızın əməliyyat olunduğu klinikanın baş həkimi bildirib ki, ABŞ-da kəskin qaraciyər çatışmazlığının 30% hallarda səbəbi elə BAD qəbuludur. Xüsusən gənc insanlarda qida əlavələrinin tərkibində olan hansısa komponent qaraciyərin işini tormozlayır.
 
 
Tərkibində çox miqdarda fərqli komponentlər olan BAD-lar xüsusilə təhlükəlidir. Bu preparatlar nə qədər faydalı, təbii məhsul kimi reklam olunsalar da, hesab edirəm ki, bu preparatlar dərman kimi kimyəvi tərkibə malikdir və ehtiyatlı olmaq lazımdır.
 
 
Kəskin qaraciyər çatışmazlığının əlamətləri:
 
- Göz almasının və dərinin saralması
- Qarının yuxarı hissəsində, qabırğaaltında ağrı
- Ürəkbulanma
 
- Halsızlıq yuxululuq
- İştahın kəsilməsi
- Qarının böyüməsi

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin