Hər gün ürəkbulanmanız varsa...

02:22 29-01-2020 | icon 536 | Sağlamlıq
Hər gün ürəkbulanmanız varsa...

Saytımıza hər gün müraciət edən oxucuların əksəriyyəti ürəkbulanmadan şikayətlənir. Çox rast gəlinən bu simptom artıq əvvəlki kimi təkcə hamiləlik və ya zəhərlənmənin əlaməti deyil. İndi ürəkbulanmaların səbəbi və mənbəyi də fərqlidir.

 
 
Versus.Az Medicina.az-a istinadən tez-tez, hər gün baş verən ürək bulanmasının nədən xəbər verdiyini təqdim edir.
 
 
- Mədə-bağırsaq traktında – qastrit, kolit, xora, enterokolit, mədə və 12 barmaq bağırsağın iltihabi xəstəlikləri səbəbindən ürəkbulanma ola bilər. Xüsusən səhərlər və çox müddət ac qaldıqda, istiotlu, acı qidalar yedikdə
 
 
 
- Ağır, quru və qızardılmış yeməklərdən sonra ürəkbulanma – öd və öd yollarının problemi, öd durğunluğu, mədəaltı vəz pankreatiti və xoralar
 
 
- Hipertonik kriz – arterial təzyiq qalxanda ürəkbulanma və qusma olur
 
 
- Səhər tezdən qalxan kimi ürəkbulanma öd durğunluğu, öd şirəsinin mədəyə axması zamanı olur
 
 
- Baş ağrısı ilə yanaşı ürəkbulanma – miqren və klaster baş ağrılarında, kəllə beyin travmaları, şişləri və xəstəliklərində olur
 
 
- Ciddi ürəkbulanma, baş gicəllənmə, başağrısı beynin iltihabi xəstəliyi olan qorxulu meningitin əlaməti ola bilər
 
 
- Ürəkbulanma beyin qan dövranı pozulması, insult əlaməti də olur.
 
 
- Bədənin və qaraciyərin intoksikasiyası zamanı da ürəkbulanma olur
 
 
- Eləcə də virus xəstəlikləri, rotavirus, bağırsaq qripində qusma, ishal yol yoldaşıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı