"İçərişəhər" yarımstansiyası yenidən qurulur

11:12 29-01-2020 | icon 504 | İqtisadiyyat
"İçərişəhər" yarımstansiyası yenidən qurulur

Metronun fasiləsiz işi etibarlı elektrik təchizatı ilə təmin edilir. Elektrik təchizatının dayanıqlığının və etibarlılığının təmin edilməsi işləri daimi olaraq daha geniş planda davam edir.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə ki, Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər mütəmadi olaraq aparılır:

"İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranmışdı. Dövrün tələbləri nəzərə alınaraq, 50 ildən artıq istismarda olan yarımstansiya yenidən qurulmuş, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb.

Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur.

Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI