AŞPA hesabatına VS yanaşma

17:07 30-04-2018 | icon 770 | Siyasət
AŞPA hesabatına VS yanaşma

 

Versus.Az xəbər verir ki, AŞPA-nın plenar iclasında aparılan müzakirələrdən sonra korrupsiya ittihamları üzrə müstəqil istintaq orqanının 219 səhifəlik hesabatda Azərbaycana qarşı yönələn korrupsiya və rüşvətxorluqla bağlı ittihamlar ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. İqtidar nümayəndələri bunu ölkəmizə qarşı qərəz və qısqanclıq, müxalifət isə hakimiyyətin fəaliyyətinin nəticəsi kimi dəyərləndirib.

 

 Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə,   hesabat çox qərəzli və qeyri-peşəkar hazırlanan   sənəddir:

 

 “Çox təəssüf ki, Azərbaycanla bağlı fikirlərdə ümumiyyətlə   Azərbaycan reallığı haqqında xəbəri olmayan insanlar rəy   yaratmağa çalışırlar. Azərbaycanla bağlı heç bir əsası   olmayan iddialar səsləndirilir və ən qəribəsi odur ki,   Azərbaycandan bunun qeyd-şərtsiz qəbul edilməsi tələb   edilir. Yəni bu məsələnin özünün qoyuluşu qeyri-   demokratik və qeyri-sivildir.

 

Avropa Şurası tərkibində müəyyən bir qrup var ki, onlar Azərbaycana qarşı qərəzli və düşmənçilik siyasəti yeritməkdə maraqlıdılar. Onlar üçün maraqlı olardı ki, Azərbaycan demokratik dəyərlərdən, Avropa təfəkküründən imtina etsin, Avropa Şurasından uzaqlaşsın və Azərbaycanı daima siyasi təzyiq altında saxlasınlar. Ancaq bu, onlara müəssər olmayacaq. Azərbaycanın apardığı siyasət bu gün müasir dövrün tələblərinə və Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan özünü heç bir halda forpost, maraqların həyata keçirildiyi alət kimi istifadə edilməsinə imkan verməyəcək”.

 

 Millət vəkili Musa Quliyev isə təəssüflə deyib ki, istər AŞPA, istərsə də ATƏT Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirirlər və bu, yeni deyil:

 “Orada Azərbaycanın siyasi, iqtisadi inkişafını görmək istəyən və yaxud da gözü götürməyən, erməni lobbisinin təsiri altında olan deputatlar var. Onların Azərbaycanla bağlı müxtəlif dövrlərdə qərəzli qərarları, qətnamələri olur. Buna da Azərbaycan ictimaiyyəti, siyasətçiləri istər Milli Məclis səviyyəsində, istər Xarici İşlər Nazirliyi, istərsə də ayrı-ayrı Qeyri-Hökumət Təşkilatları səviyyəsində adekvat cavab verirlər. Biz onlara səhv mövqelərini göstəririk. Ancaq düşünürəm ki, belə qərarlar, qətnamələr Azərbaycan-AŞPA, Azərbaycan-ATƏT münasibətlərinin pozulmasına gətirib çıxarmamalıdır. Çünki Avropa məkanında kifayət qədər yer tutmuşuq, tanınırıq, ATƏT-in də, Avropa Şurasının da Qarabağla bağlı ədalətli qərarları var. Düzdür, onlar icra olunmur, amma hər halda hüquqi baxımdan Qarabağın Azərbaycan torpağı olması və işğal edilməsini təsdiq edən qərarların olması da bizim üçün lazımlıdır. Bilirsiz ki, Azərbaycanla bağlı o qərarlara, qətnamələrə də sonradan onlar baxa bilərlər, səhvləri də düzəldə bilərlər.

Bizim nümayəndə heyətinin oradakı fəal mövqeyini dəstəkləyirəm və hesab edirəm ki, bu cür mövqe davam edəcək. Bilirsiz, münasibətlər heç vaxt bir xətt üzrə getmir, gah enən xətt olur, gah qalxan xətt olur. Düşünürəm ki, bizim bundan sonrakı siyasətimiz də AŞPA ilə əməkdaşlığı davam etdirmək xəttilə olmalıdır. Təbii ki, onlara nöqsanlarını da, dediklərinin həqiqət olmadığını da göstərməliyik, amma münasibətləri pozmağa düşünürəm ki, ehtiyac yoxdur”.

 

VS

 

 Müstəqil siyasi ekspert Nəsimi Məmmədli sosial   şəbəkədə son illər Azərbaycanın adının nüfuzlu   hesabatlarda və ya müzakirələrdə mənfi   hallanmasından narahatlıq ifadə edib:

 

 “Dünyanın harasında nəhəng korrupsiya, rüşvət, çirkli   pulların yuyulması və digər neqativ məsələlər ortaya   çıxırsa, orada mütləq bir cümlə də olsa Azərbaycanın adı   keçir. Neqativ imici bizə Azərbaycan hökumətinin fəaliyyəti   qazandırsa da,  bütövlükdə xalqımız da bu rüsvayçı imicin   daşıyıcısına çevrilib. Xüsusilə də buna görə ölkədə heç kim   cavabdehlik daşımır, cəzalanmır və qınanmırsa, deməli bu,   həm də xalqımızın adına yazılacaq ləkə ola bilər.   Azərbaycan nümayəndə heyətinin bütün cəhdlərinə   baxmayaraq, 123 deputatın "lehinə", 9 deputatın isə   “əleyhinə” səs verdiyi bu hesabat Azərbaycanın çağdaş   tarixinə yazılan ləkələrdən biri kimi qalacaq. Azərbaycan   iqtidarının davranışlarını analiz etdikdə, bu hesabatda adları   neqativ keçən insanlara qarşı hansısa təsirli addımların   atılacağını demək çox çətindir. Çox güman ki, bu dəfə də pis əməlləri törədənlərə “gözün üstə qaşın var” deyilməyəcək. Bəs bu hesabatda adı keçən deputatlar özləri niyə siyasi mədəniyyət göstərib istefa vermir? Ölkənin az-çox ictimai tanıtımı olan fəal insanları niyə bu rüsvayçılığa susqunluq göstərir? Görünən budur ki ölkəmizin imicinin pis olması onları qətiyyən narahat etmir”.

 

VİP sədri Əli Əliyev bildirib ki, hakimiyyət təmsilçiləri AŞPA hesabatına qarşı uğursuz reflekslər nümayiş etdirirlər:

 

“Şərti və ya şərtsiz olmasından asılı olmayaraq bu çox gülünc görünür. Həqiqətənmi, bu şəxslər millətimizin adına yazılan bu biabırçılıqdan utanmırlar? Axı, sənəd halına gəlmiş bu biabırçılıq gələcəkdə arxiv sənədi kimi sonrakı nəsillərin gözünə soxulacaq. O zaman bəlkə YAP siyasi səhnədən silinəcək, ayrı-ayrı günahkar məmurlar unudulacaq və günahın yükü dövlətin və xalqımızın adına yazılacaq. Sizin qarnınız, ya kürsünüz, həqiqətənmi bu millətin təmiz adından yüksəkdədir? Əmin olun ki, yox.

AŞPA hesabatı ilə bağlı iqtidar tərəfindən ortaya atılan "İnkişafımıza qısqanırlar", "gözləri götürmür", "ermənipərəst Avropa" və s. tezisləri cəfəngiyyatdır. Axı, bu komandanın işdən çıxarılan hər bir üzvünün korrupsiyaya bulaşdığına, onlara bu şəraitin yaradılmasına avropalılar neyləsin?”

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı