Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

18:17 29-01-2020 | icon 537 | Qarabağ
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ABŞ səfiri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib.

 

Bu barədə Versus.Az-a icmadan məlumat verilib.

 

Görüş zamanı Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib.

 

T.Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqlarmızın, mülkiyyət hüquqlarımızın bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.

 

İcma sədri, həmçinin ölkəmizdə keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürdüyünü, həmin dairədən olan digər namizədlərlə birlikdə Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər və ədalətli seçki kampaniyası apardıqlarını diqqətə çatdırıb.

 

Səfir Li Litzenberger Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini yaxından izlədiyini və görüşdən məmnun qaldığını xüsusilə qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin