Masallıda 16 yaşında ərə verilən qız öldü

18:28 29-01-2020 | icon 570 | Cəmiyyət
Masallıda 16 yaşında ərə verilən qız öldü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən qanunsuz uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.

 

Bunu Versus.Az-a Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

 

Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib:

“Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".

 

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı iki həftə əvvəl nikaha daxil olub. Gəlin bu gün dünyasını dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”