Bu gün onun ŞƏHİD olduğu gündür

20:35 31-01-2020 | icon 1359 | Şəhidlər və şahidlər
Bu gün onun ŞƏHİD olduğu gündür

Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylini ehtiramla anırıq

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin anım günüdür.



Versus.Az xəbər verir ki, Xəlilbəyli Təbriz Xəlil Rza oğlu 1964-cü il 12 fevralda Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.



1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyib.



T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. O, Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş şücaətinə görə, DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar tarixində Təbriz Xəlilbəylinin son döyüşü olub. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.



Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.



Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq