Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

01:51 11-02-2020 | icon 1569 | Maraqlı
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

Ana ölən qızı ilə yenidən ünsiyyət qura bilib. Bu, cənubi koreyalı mütəxəssislərin hazırladıqları virtual reallıq vasitəsi ilə mümkün olub. 

 

Bu barədə “Aju Business Daily” xəbər yayıb.

 

Məlumata görə, MBC telekanalının çəkiliş qrupu 2016-cı ildə nadir xəstəlikdən dünyasını dəyişən səkkiz yaşlı Nayonun virtual modelini hazırlayıblar. Bunun üçün onlar səkkiz ay vaxt sərf ediblər.

 

Fevralın 6-da ana ilə qızın qovuşmasını əks etdirən sənədli film təqdim edilib.

 

Virtual qızın prototipi olan aktyor uşaq sayəsində proqramçılar qızın hərəkətini modelləşdiriblər. Nayonun üç ölçülü modeli gülümsəyə, əldən tuta və hətta ölən qızın səsi ilə danışa bilir.

 

VR dəbilqə və taktil əlcək geyinən ana qızı ilə görüşü zamanı ağlayıb, balaca Nayon isə anası üçün çox darıxdığını deyib və ondan əlini tutmasını istəyib.

 

Qovuşma anını ailənin digər üzvləri – ata, bacı və qardaş ekrandan izləyiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı