İmmunitetimizin mərkəzi kürəkdə yerləşir

02:13 11-02-2020 | icon 1148 | Sağlamlıq
İmmunitetimizin mərkəzi kürəkdə yerləşir

Onurğa beyninin aktiv olması üçün nə etməli?

 

Çin tibb alimləri insan immunitetinin onun onurğasının vəziyyətindən asılı olduğunu bildirir. Həkimlər və insanlar əsrlərdir immunitetin möhkəmlənməsinin bütün xəstəliklərə çarə olduğunu deyir, amma heç kim immunitetin harda yerləşdiyini bilmir.

 

Uzun illərdir bu axtarışlar davam edir, bir çoxları onun beyində, yeni elmi təcrübələr bağırsaqlarda olduğu fikrini irəli sürür. Lakin bunların heç biri dəqiq deyil.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, qədim Çin təbabəti elə indi də immunitetin mərkəzinin onurğada və sümük iliyində olduğunda israrlıdır. Nəyə görə?
 
 
Çünki onurğa sütunu boyu hərəkət edən onurğa beyni qan dövranının ən çox baş verdiyi hissədir və burda immun hüceyrələr yaranır. Onurğa iliyi daha çox çanaq hissədə və onurğa qığırdaqlarının daxilində yerləşir.
 
 
Əgər bir insanın onurğası, qaməti, yerişi əyridirsə, skoliozu, kifozu, yırtığı varsa, belində, kürəyində xroniki ağrılar olursa, deməli onurğa beyin, iliyinin də vəziyyəti normal deyil.
 
 
Onurğa beyni onurğa boyu baş beyinə kimi maneəsiz, rahat gedib çatmalıdır. Bunun üçünsə qamət düz, onurğa sütunu hərəkətli olmalıdır. Hərəkət olan yerdə qanla qidalanma və hüceyrə yenilənməsi də baş verir. Kirəclənmiş və hərəkətsiz, əyri onurğa beyində onurğa beyni yaxşı hərəkət etmir və bu insanın sağlam olmasından söhbət gedə bilməz.
 
 
Eləcə də immunitetin dirijoru baş beyindir. Məhz beyin bütün orqan və sistemlərə siqnal ötürüb, onlardan cavab siqnallarını alır. Bu siqnallar da onurğa beyni ilə icra olunur. Onurğa beyni zədələndikdə beldən aşağı orqan və toxumalara, ətraflara, eləcə də onurğanın yuxarı hissəsi zədələndikdə qollara beyindən sinir ucları ilə siqnal getmir.
 
 
Burdan da o aydın olur ki, immunitetin və bütün bədənin dirijoru olan baş beyin bütün periferiyalarda fəaliyyət göstərməsi üçün onurğa beyindən asılıdır.
 
 
Əgər onurğa sütununda pozulmalar, deformasiyalar, əyilmə, iltihab, yırtıq varsa, deməli beyindən bədənə siqnallar da pozulur.
 
 
Bəs nə etməli?
 
İlk növbədə MRT çəkimi ilə onurğa sütunu və beyninin vəziyyəti müayinə olunmalıdır.
 
 
Daha sonra onurğa üçün baza prinsipi – kürək əzələlərinin boşalmasını təmin etmək lazımdır. Bəli, səhv eşitməsiz. Bəzi həkimlərin dediyi kimi kürək əzələ korsetini idmanla və fizioterapiya ilə dəmir kimi möhkəm etmək yox, yumşaltmaz.
 
 
Çünki onurğa sütunun əyilməsi və skolioz elə kürək əzələlərinin gərginliyi, belə deyək qamış kimi eyni vəziyyətdə durmasından daha da dərinləşir.
 
 
Onurğa ətrafı və bel ağrılarını verən də elə əzələlərdir. Əgər beliniz ağrıyırsa, bu nadir halda onurğa yırtığından olur, 90% hallarda bu əzələ spazmı, quruması və gərilməsidir. Buna əzələlərin hipertonus vəziyyəti deyilir.
 
 
Hipertonuslu əzələ qrupları sümükləri, onurğanı özünə doğru çəkir, sıxır və onun əyilməsinə zəmin yaradır.
Yalnız əzələləri yumşaq, boş, rahat tutmaqla siz onurğa sütununuzu və onun içində dövr edən onurğa beynini rahat buraxa bilərsiz. Onurğanıza təbiətin düşündüyü real formasını verin.
 
 
Ona görə də gəzərkən, oturarkən əzələləri boşaldın, gərgin əzələləri masaj, fizioterapiya, manual terapiya, yoqa, idman və s. ilə əzələlərin maksimum gərginlikdən azad etməni istəyin.
 
 
Əzələlər daha çox masaj stolunda və çarpayıda, insan horizontal vəziyyətdə olanda boşalır, ona görə yerinizdə uzanarkən kürək əzələlərinizi boş buraxın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı