Əməkdar artistin 61 yaşı tamam olur

19:52 11-02-2020 | icon 1012 | Mədəniyyət
Əməkdar artistin 61 yaşı tamam olur

Hər bir xalq adət-ənənəsi, mədəniyyəti ilə başqa xalqlara maraqlıdır. Xalqın mədəniyyətinə qulluq etmək, o xalqın mənəvi həyatında tərəqqinin iştirakçı olmaq deməkdir. Bu baxımdan bədii qiraət ustası, əməkdar artist Azad Şükürovun xidmətləri danılmazdır…

 

O, 1959-cu ildə Ağdamın Muğanlı kəndində dünyaya gəlib. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb...


1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1981-1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1990-1992-ci illərdə Tədris Teatrında, 1992-2009-cu illərdə Şuşa Dövlət Musiqili Dram Teatrında, 1992-2009-cu illərdə isə Bakı Bələdiyyə Teatrında işləyib…

 

1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı kafedrası"nda müəllim kimi çalışan qəhrəmanım 6 il həmin kafedranın müdiri olub, indi də dosentidir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, bədii qiraət ustasıdır…


2002-ci ildə "Respublikanın Əməkdar Artistii" fəxri adına, 2003-cü ildə isə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb…

 

…Bəli, xalqa xidmət edən insanlara diqqət göstərmək gözəl haldır. Fevralın 11-də Azad Şükürovun 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı arzulayıram

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı