“13-14 yaşlı uşaqların milyon dollarlıq startap layihələri var” –BMU tələbələri

12:36 13-02-2020 | icon 529 | Təhsil
“13-14 yaşlı uşaqların milyon dollarlıq startap layihələri var” –BMU tələbələri

Startap  yeni yaranan texnologiya və   innovasiya ilə ahəngdə olan ideyalarla əlaqələnən məşğuliyyətdir.

 

Son dövrlər ölkəmizdə startap ekosisteminin formalaşması istiqamətində müəyyən addımlar atılıb. 2012-ci ildən başlayaraq, bu sahədə bir sıra uğurlar  əldə edilib. Aparılan maarifçilik işlərindən sonra bu sahəyə maraq artıb, hazırda yeni milli startapların formalaşması davam edir, innovasiya mərkəzləri yaradılır və universitetlər üzrə müxtəlif müsabiqələr təşkil olunur.

 

Yeni biznes ideyalarının inkişafının səmərəli təşkil edilməsi üçün Bakı Mühəndislik Universitetində Texnopark “Yeni Fikir” Müsabiqəsi (YFM) startap layihəsi həyata keçirir. "Yeni Fikir" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə təşkil olunur. Müsabiqədə təkcə BMU-nun mənsubları deyil, eləcə də Azərbaycanda yaşayan hər kəs iştirak edə bilər.

"Yeni Fikir" startap müsabiqəsi (YFM) innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texno sahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. İndiyə kimi 5 dəfə keçirilən YFM-yə 1000-ə yaxın startap layihəsi  müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə sponsor və tərəfdaşların dəstəyi ilə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

Bundan başqa, universitet daxili startapların dəstəklənməsi layihəsi əsasında indiyə kimi 30-a yaxın komandanın işi dəstəklənib.

Versus.az xəbər verir ki, bu layihədə bacarığını sınayan və fərqlənənlərdən biri olan BMU-nun Tətbiqi Riyaziyyat fakültəsinin magistrantı  Əzizə Nuriyeva AzEdu.az-a açıqlamasında startap müsabiqəsinin faydalarını vurğulayıb. Qeyd edək ki, o, “Magnific” layihəsini startap ideyasına çevirib:

 “Layihənin əsas məqsədi kağızlarla əl işi düzəltməkdir. Biz kağızlarla əlfəcin, blaknot və müxtəlif albomlar hazırlamaq mümkündür.

Rəfiqəmə hədiyyə olunan qutu  layihənin formalaşması üçün  zəmin yaratdı. Bu qutu çox fərqli istiqamətdə hazırlandığı üçün məndə yeni ideyalar formalaşdırdı. Birinci hazırladığım qutu iki ay ərzində ərsəyə gəldi.

Bu tip qutulardan daha çox hədiyyələri qoymaq üçün istifadə edirlər.  Belə ki,  qutular fərqli ölçülərdə hazırlanır və hədiyyə onların daxilinə qoyulur və qutuların da hər biri müxtəlif üsullarla açılır. İnsanların bu tip hədiyyə paketlərinə marağı olduğu üçün düşündüm ki, onu startapa çevirim. Bizim universitetdə olan texnoparka həmin startapı təqdim etdim. Sonra isə müxtəlif layihələrə iştirakçı olaraq qatıldım. Hazırda instagram üzərindən mənə sifarişlər gəlir və onları hazırlamağa çalışıram”.

Bakı Mühəndislik Universitetində  Yeniyetmə Startap Biznes Məktəbi fəaliyyət göstərir. BMU-nun müəllimi və həmin məktəbin rəhbəri olan Rasim Abutalıbov Yeniyetmə Startap Biznes Məktəbi   haqqında məlumat verib:

“Son illərdə orta təhsil müəssisələrində startap inkubasiya məktəbləri yaradılır. Yeni texnologiyalara adaptasiya olmaq və bazara çıxmaq üçün  startap ideyaları dəstəklənməlidir. Bunun üçün də bir çox qurumlar, nazirliklər startaplara dəstək verir.

Biz də düşündük ki, bunu orta məktəblərə tətbiq  edək ki, şagirdlər ideyalarını gərçəkləşdirə bilsinlər. Hazırda dünyada  13-14 yaşlı uşaqlar var ki,   onların milyon dollarlıq startap layihələri var. Ölkəmizdə həyata keçirilən startaplar daha çox universitet məzunu olan şəxslərə yönəlik olur. Bizim  Yeniyetmə Startap Biznes Məktəbi isə bu məsələyə diqqəti cəlb etmək üçün 8-9 –cu siniflərə yönəlik  startaplar həyata keçirməyi düşünür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  bizim startap məktəbinə dəstək verir. Artıq orta məktəblərdə bu yöndə fəaliyyətə  başlamışıq. Azərbaycanda yeniyetmələr arasında startap yarışı keçirməyi düşünürük. Hazırda məktəblərdən istedadlı şagirdlər seçərək onları xarici ölkələrdə olan startap yarışlarına hazırlayırıq. Yeniyetmələrdən yeni komandalar formalaşdırmağa çalışırıq. Onlara əvvəl təlim keçir, sonra isə   öz startap layihələrinin olmasına kömək edirik.

Hazırda  “Mirvari store” adlı startap layihəsi üzərində işləyirik. Bu startapımız Azərbaycan səviyyəsində inkişaf edib. Startapın əsas məqsədi regionlarda olan evdar xanımların  şəxsi bizneslərinin qurulmasıdır. Həmin evdar xanımların  toxuculuq işlərini  Amerika, Kanada və digər ölkələrə ixrac edirik. Onlara  bir çox materiallar veririk ki,   rahat şəkildə işləyə bilsinlər. Hazırda Şəki-Zaqatala zonası üzrə bu işi aparırıq”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI