Qanı toksinlərdən təmizləyən məhsullar açıqlandı

15:11 13-02-2020 | icon 764 | Sağlamlıq
Qanı toksinlərdən təmizləyən məhsullar açıqlandı

İstənilən sağlam orqanizm öz özünü təmizləməyə və bərpa etməyə qadirdir. Lakin, bəzən orqanizmə bu işdə kömək etmək də lazım olur...

Versus.az  xəbər verir ki, tibb mütəxəssisləri qanı zərərli maddələrdən ən effektiv şəkildə təmizləyən məhsulları açıqlayıb. Onlar aşağıdakılardır:

Sarımsaq. Hər kəs onu virus əleyhinə vasitə kimi istifadə etməyə öyrəşib. Lakin, bilmək lazımdır ki, o, həmçinin tərkibindəki allitsin sayəsində qan üçün də çox xeyirlidir. Allitsin ağ qan hüceyrələrinə (leykositlər) müsbət təsir göstərir. Sarımsaqdan istifadə isə insult və infarkt riskinin yaranmasından qorunmağa kömək edir. Bundan başqa, sarımsaq qandan nikotinin çıxarılmasında iştirak edir. Bu, siqaret çəkənlər üçün çox faydalıdır.

Alma. Qanın təmizlənməsi üçün ən yaxşı mövsüm meyvəsidir. O, qanı toksinlərdən azad etməkdə və enerjinin bərpasında kömək edir. Həmçinin alma soyuqdəymə və virus xəstəlikləri zamanı yardımçı olur. Almanın tərkibindəki pektin qandan ağır metalların duzlarını çıxarır, sellüloz isə piy qatlarını dağıdır. Oxşar təsirə armud da sahibdir.

Kələm. Tərəvəzin tərkibindəki A və C vitaminləri immun sisteminin gücləndirilməsinə və orqanizmin xəstəliklərdən sonra bərpa olunmasına kömək edir. Kələm yarpaqlarındakı izotiotsianatlar qandan kantseroqenlərin çıxarılmasına yardımçı olur. Tərəvəz, həmçinin mədə-bağırsaq traktı orqanlarına müsbət təsir göstərir, hansı ki, nəticədə qanın təmizlənməsinə gətirib çıxarır.

 

Yulaf və qoz. Faydalı lif və sellülozla zəngin məhsullar orqanizmdə yağ və kimyəvi birləşmələrin miqdarını azaltmağa kömək edir. Onlar, həmçinin qandakı "pis" xolesterinin və şəkərin səviyyəsini normallaşdırmağa qadirdir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI