Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi

16:54 13-02-2020 | icon 1488 | Film
Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi

"Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi.

 

Versus.Az xəbər verir ki, Oksana Rəsulova filmdə həm baş rolu oynayıb, həm də filmin prodüseridir. Filmin çəkilişləri Bakı və Nabranda aparılıb. Filmin nümayişindən əvvəl filmdə çəkilən aktyorlar və komandada çalışan heyət səhnəyə çıxdı.

"Əla komanda sayəsində film yüksək səviyyədə çəkilib. Biz hamımız yaxşı işlədik. Şadam ki, hər şey uğurla başa çatdı.

“Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar - deyə Rəsulova bildirib.

Filmdə həmçinin Şəhriyar Əbilov, Azər Aydəmir, Zümrüd Bədəlova, Kazım Abdullayev, Vahid Əliyev, Abdulqəni Əliyev və başqaları çəkilib. Filmin quruluşçu rejissoru Vüsal Hacıqadir, ideya müəllifi və icraçı prodüseri İsmayıl Bağırov, ssenari müəllifi Azər Aydəmir, quruluşçu-operatoru Şahmar Səfəroğlu, qrim ustası Nura Babayeva, döyüş səhnələrinin quruluşçusu Etibar İsayev, kostyumların rəssamı Rüfət Balakişiyev, quruluşçu-rəssam Qoşqar Cəlaldır. "Sevgi romanı" bədii filmi "OksiMedia production"ın rəhbərliyi altında çəkilib.

Qeyd edək ki, rəqqasə kimi tanınan Oksana Rəsulova 2012-ci ildən indiyə qədər "3 bacı", "Zaman adlı qatar", "Şər qarışanda", "Mələyin öpüşü", "Bayram axşamı" kimi filmlərə çəkilib. Azərbaycanlı rəqqasə, Hindistanın "India's Best Cine Stars Ki Khoj" istedad şousunun qalibi olub. Filmin büdcəsinə gəldikdə isə Oksana qəti fikir söyləmədi: “Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox pul xərcləmişəm”.

 

 

Ayəndə Dadaşova

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi