ƏƏSMN və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

17:02 04-05-2018 | icon 605 | Sosial
ƏƏSMN və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

  

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və  BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai arasında tanışlıq görüşü olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.Az-a verilən məlumata görə, S.Babayev BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycanda fəal və məqsədyönlü siyasət aparıldığını qeyd edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu Məqsədlərin həyata keçirilməsi sahəsində uğurlu addımların atılmasına imkan yaratdığını vurğulayıb. Nazir ötən dövrdə BMT İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib, həmin layihələrin milli sosial müdafiə sisteminin inkişafı, habelə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahələrində aparılan işlərə öz töhfəsini verdiyini bildirib.

 

S.Babayev hazırda təşkilatla birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinin davam etdirildiyini, gələcəkdə aktiv əmək bazarı proqramlarının təşkili sahəsində birgə işlərin miqyasının genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

 

Q.İsakzai ölkəmizdə milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasının, bu Məqsədlərə, o cümlədən hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılmasına doğru praktik fəaliyyət müstəvisində mühüm işlərin aparılmasının təqdirəlayiq olduğunu vurğulayıb. O, aktiv məşğulluq tədbirlərinin  təşkili və genişləndirilməsi sahəsində nazirliklə əməkdaşlıq təcrübəsinin davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

 

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol