Növbəti erməni riyakarlığı, erməni oyunu

19:02 27-07-2023 | icon 1077 | Siyasət
Növbəti erməni riyakarlığı, erməni oyunu

Mahir Abbaszadə: ““Humanitar yardım” təxribatı öz başlarında çatlayacaq”

 

“Ermənistan və havadarlarının Azərbaycanın Qarabağ ərazisində vəzyyətin gərginləşməsinə hesabladığı, eləcə də mülkü emənilərin ölkəmiz daxilində “blokada böhranı yaşaması” təxribatını nümayiş etdirən erməni TIR-larının sərhəddən keçirilməsinə edilən cəhdlər yolverilməzdir, ölkəmizin beynəlxalq imicini zəiflətməyə yönələn siyasi təxribatdır. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz sərhədlərini kifayət qədər etibarlı şəkildə qoruyur. Azərbaycan tərəfi beynəlxalq təzyirqlərə baxmayaraq öz suveren hüququnu qorumaqda davam edəcək”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Mahir Abbaszadə Ermənistanın Azərbaycana qarşı “humanitar TIR” hücumları, ermənilərə təklif olunan Ağdam-Xankəndi yolundan imtina edib Laçın sərhədində təxribatlar törətməsi ilə bağlı açıqlamasında bildirib.

 

M.Abbaszadə bildirib ki, Ermənistan tərəfindən guya Qarabağda yaşayan ermənilərə ərzaq, humanitar yardım bəhansi ilə Laçın yolu istiqamətində dayandırılan TIR-lar növbəti erməni riyakarlığı, erməni oyunudur:

 

“Azərbaycan sərhədləri Azərbaycan silahlı qüvvələri tərəfindən etibarlı şəkildə qorunur və heç bir dövlətin sərhədlərimizi qeyri-qanuni pozmasına icazə verilməyəcək. Bütün bu təxribatlar göstərir ki, Ermənistan Azərbaycanla aparılan sülh danışıqlarına adekvat yanaşmır. Əgər Azərbaycan 44 günlük müharibəni qələbə ilə başa vurduqdan sonra Cənubi Qafqazda daimi təhlükəsizlik və sülhü təmin etmək məqsədi ilə Ermənistana əl uzatmışdısa, buna adekvat münasibət bildirlməliydi. Hadisələr göstərir ki, Ermənistan nəinki sülh prosesinə sadiqliyini nümayiş etdirir, əksinə, prosesləri daha da idarə olunmaz məcraya aparmaq istəyir. Bu gün Laçın sərhədndə dayanan Ermənistan “yük maşınları”nın məqsədi budur”.

 

Deputat qeyd edib ki, Azərbaycan dövləti öz vətəndaşlarının qeydinə qalmağı bilir və onların slh və təhlükəsizlik şəraitində yaşamını təmin edəcəyini dəfələrlə yüksək kürsülərdə bəyan edib. Onun sözlərinə görə, bu “yardım” oyunları Azərbaycanda yaşayan erməni əhalisinin reinteqrasiya prosesinin qarşısını almaqdır:

 

“Bütün bununla yanaşı Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardımın daşınması ilə bağlı Ermənistana Ağdam-Xankəndi yolunu təklif edib. Məlumdur ki, Avropa Birliyinin Prezidenti Şarl Mişel də cənab Prezident İlhah Əliyevin bu təklifini dəstəkləmişdir. Əgər məqsəd Qarabağda yaşayan ermənilərə humanitar yüklərin daşınmasıdırsa, Ağdam-Xankəndi yolu onlar üçün daha sərfəli ola bilər. Görünür, Ermənistan tərəfi düşünür ki, bu yüklər Ağdam-Xankəndi yolu ilə gedərsə, ölkədə sülhün və təhükəsizliyin təmin olunması məqsədi ilə irəliyə doğru daha bir addım atılmış olacaq. Görünür ki, Ermənistan və havadarları bu sülhün, təhlükəsizliyin təmin olmasında maraqlı deyil. Bəzi beynəlxalq təşkilatların nümayəndələri bu məsələyə seyrici kimi yanaşır, hətta yüklərin aparılması, daşınmasında sanki təşkilatçı rolunu oynayırlar”.

 

M.Abbaszadə Ermənistanın “humanitar yardım oyunu”nun kim tərəfindən idarə olunmasından asılı olmayaraq onların elə öz başlarında çatlayacağını deyib:

 

“Hər bir halda erməni TIR-ları Qarabağan keçirilə bilməz. Çünki bura Azərbaycan ərazisidir və sərhədləri toxunulmazdır, hər istəyən ordan keçə bilməz. Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etməyi bacarır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi