“Xocalı soyqırımını tanıtmaq platformamda qırmızı xətlə gedir”

13:33 14-02-2020 | icon 191 | Siyasət
 “Xocalı soyqırımını tanıtmaq platformamda qırmızı xətlə gedir”

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə 53 saylı Quba-Qusar seçki dairəsindən lider namizəd olan Anatoliy Rafailov ilk açıqlamasını verib.

 

Versus.az modern.az-a istinadənxəbər verir ki,  yeni deputat olaraq parlamentdə bütün azərbaycanlıları, o cümlədən Quba-Qusar seçicilərini təmsil edəcək:

 

“Təşviqat müddətində 60-a yaxın görüş keçirtdik. 53 saylı Quba-Qusar seçki dairəsinə daxil olan bütün məntəqələrdə əhali ilə bir araya gəldik. Görüşlərdə ən azı 50-60, ən çoxu isə 350 nəfər insan iştirak edib”.

 

Anatoliy Rafailov seçki platformasının çox zəngin və geniş olduğunu deyib:

 

“Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsindən tutmuş ən kiçik sosial problemlərə qədər həll etməyə çalışacam. Deputat olaraq fəaliyyətə başlayan kimi ilk işim Quba və Qusar rayonlarının bizim dairəni əhatə edən bütün kəndlərində yenidən görüşlər keçirəcəyik”.

 

Parlamentdə təmsil olunacaq yəhudi deputat ailəsi barədə danışarkən dövlətçiliyə sadiq olduqlarını da vurğulayıb:

 

“Hazırda “Sağlam ailə” diaqnostika mərkəzində beynəlxalq məsələlər üzrə ekspertəm. İxtisasca travmatoloq-cərraham. Həyat yoldaşım da azərbaycanlıdır. O da Azərbaycan Respublikasının əməkdar həkimidir. Oğlum da həkim uroloqdur. Ailə olaraq hər zaman dövlətə, dövlətçiliyə sadiq insanlarıq”.

 

Anatoliy Rafailov Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılması məsələsindən də söz açıb:

 

“Platformamda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı konkret məsələlər var. Təbii ki, cənab Prezidentin apardığı siyasət sülh siyasətidir. Biz də onu dəstəkləyirik. Həmin məsələ eynilə platformamda da yer alıb. O sahədə də Azərbaycanın beynəlxalq əlaqələrdə daha da möhkəmləndirilməsinə çalışacam. Bilirsiz ki, dünyada ən güclü lobbi yəhudi lobbisidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlimdən gələni edəcəm. Bir neçə gündən sonra Xocalı faciəsinin ildönümü olacaq. Xocalı faciəsinin soyqırım kimi tanıdılmasını bizim bəzi müsəlman ölkələri qəbul etməyiblər. Ancaq Xocalı faciəsinin bir soyqırım kimi tanıdılması üçün dünyanın bir çox inkişaf etmiş ölkələrində yəhudi lobbisi Azərbaycanla bir yerdə çalışıb. Ona görə də bu məsələ platformamda xüsusi qırmızı xətlə gedir. Əlaqələr daha da genişləndirilməlidir və təbii ki genişləndiriləcək”.

 

Versus.az

Xəbər lenti

Nailə Mirməmmədli BDU-da vəzifəyə təyin olunub

Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə...

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Minik maşını "KamAZ"la toqquşub, ölən və yaralananlar var

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Uşaqlara siqaret satan satıcılar cərimələnib

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

MSK 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qərar verib

Azərbaycan Ombudsmanı bəyanat yayıb

9 saylı Binəqədi İkinci Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

Daha üç seçki məntəqəsinin nəticələri ləğv edilib

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Futboldakı problemləri açıb tökdü

Atəşkəs rejimi 22 dəfə pozulub

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Milli Məclisə yeni sədr seçiləcək

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"

Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi

Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: