“Dövlət başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmasaydı…

13:31 16-02-2020 | icon 447 | Siyasət
“Dövlət başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmasaydı…

9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Məlumdur ki, saxtakarlığın baş verdiyi iddia olunan dairələr  üzrə MSK tərəfindən araşdırmalar aparılır və dəqiq nəticənin fevralın 29-da məlum olacağı  bildirilir. Artıq bir neçə dairələrdə nəticələr ləğv olunub.

 

Nəticələrin ləğvi gözlənilən idimi?

 

“Dövlət başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmasaydı…”

Hüquqşünas, ekspert İlqar Altay bildirib ki, MSK-da 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağı şikayətlər araşdırılıb. Bir neçə seçki dairəsində iri pozuntular aşkar edilib və seçkinin nəticələri ləğv olunub. Daha bir xeyli dairə üzrə araşdırmalar davam edir və daha bir xeyli dairənin nəticələrinin ləğvi gözləniləndir. Bunlar, haqq-ədalətin bərpası, seçki narazılığının da səngiməsi baxımından təqdiredici haldır,

Ekspert dövlətin başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmadan Azərbaycanın seçki tarixində belə bir görünməmiş ləğvetmə addımının olmasını mümkünsüz sayıb. “MSK və heç bir orqanın bu radikal addımlara qərar verməyə cürəti çatmazdı. Ona görə arzu edək ki, xalqın, seçicilərin, haqqı pozulmuş namizədlərin dəstəyilə, bu müdaxilə, iradə və qətiyyət, ədalətin tam bərqərar olması davamlı olsun, bütün, pozuntu baş vermis, şikayət edilən dairələrdə obyektiv araşdırmalar aparılsın. Və seçicilərin iradəsinin əksinə, saxtakar yolla formalaşmış bütün dairələrdəki nəticələr ləğv edilsin. Haqq ədalət tam olaraq, hər dairədə, bütün ölkə üzrə bütün seçki məkanında dürüst bərpa edilsin”.

 

İ.Altay bildirib ki, biz inkişaflı gələcəyə saxta deputatlarla, qeyri- legitim parlamentlə və yarımçıq ədalətlə gedə bilməyəcəyik. Bu, ölkələr inkişafının qanunudur.

 

“Ölkə rəhbərinin qətiyyətli siyasi iradə nümayiş etdirməsinin nəticəsi özünü çox da gözlətmədi

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin namizədi Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib ki, bu gün MSK tərəfindən 4 dairədə seçki nəticələrinin ləğv edilməsi və bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlərin müvafiq Dairə Seçki Komissiyalarına göndərilməsi həqiqətən də seçkilərin nəticələrinin ədalətliliyini və demokratikliyini təmin etmək məqsədini güdür və buna görə Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. “Dövlət başçısı fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə demişdi ki, "mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun”.

Ə.Hüseynov bildirib ki, ölkə rəhbərinin bu cür qətiyyətli siyasi iradə nümayiş etdirməsinin nəticəsi özünü çox da gözlətmədi. “Bu gün biz hamımız məlum dairələrdə seçkilərin nəticələrinin ləğv edilməsinin şahidi olduq. Bu, tarixi hadisədir. Ümid edirik ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində də nəticələr tezliklə ləğv ediləcək. Seçicilərimiz bu qərarı səbirsizliklə gözləyir”.

DADP sədri Əlisahib Hüseynov  bildirib ki, “qaynar xəttə” ayrı-ayrı məntəqələrində baş verən qanun pozuntuları haqda bir sıra məlumatlar, video və foto görüntülər, səs yazıları, şikayətlər daxil olub.

“Ancaq biz seçki saxtakarlıqları və qanun pozuntuları ilə bağlı əlimizdə olan faktları, materialları sosial şəbəkələr və KİV-lər üzərindən ictiamiləşdirməyə təşəbbüs göstərmədik. Çünki  əsas məqsədimiz bu idi ki, bu seçkilər insidentlərsiz, qalmaqallarsız keçsin, dövlətimiz və millətimiz zərər görməsin. Biz deputat mandatı uğrunda mübarizə aparmırıq. Deputat mandatından daha böyük amallar var. Bizim məqsədimiz Azərbaycanın mənafelərinə xidmət etməkdir. Və bu yolda cənab Prezidentə dəstək verməyə, onun başlatdığı islahatlar kursuna öz töhfəmizi əsirgəməməyə çalışırıq. Odur ki, biz bu gün ayrı-ayrı məntəqələrdə cərəyan edən sabotaj və təxribat xarakterli halları dramatikləşdirib böyütməyə cəhd göstərmədik. Önəmli olan seçki prosesinin dinc və insidentsiz başa çatmasına yardımçı olmaq idi. Biz də Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq bu istiqamətdə gərəkəni etdik. Partiyamız səsvermə prosesinin necə nəticələnəcəyindən asılı olmayarq öz siyasi kursuna sadiqdir və bundan sonra da Prezident İlham Əliyevin islahat təşəbbüslərini dəstəkləməyə davam edəcək”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı