Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

14:15 17-02-2020 | icon 451 | Siyasət
Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda partiyanın növbədənkənar qurultayın keçirilməsi və bəzi təşkilatı məsələlər müzakirə olunub.

Partiyanın növbədənkənar qurultayının keçirilməsi təklifini verərkən – “Artıq 20 ilə yaxındır ki, partiyanın sədriyəm. Biz iqtidara irad tuturuq ki, 15-20 il deputat, nazir vəzifəsində oturmaq olmaz. Hesab edirəm ki, bu tənqidləri özümüzdən başlamaq lazımdır. Düzdür, bu illər ərzində uğurlarımızda olub, itkilərmiz də. Partiyanın rəhbərliyinin, xüsusilə də sədrin əsas vəzifəsi partiyanı tanıtmaq, siyasi arenada nüfuzunu gücləndirməkdir. Bütün seçkilərdə iştirak etməkdir. Biz qismən buna nail olmuşuq. Ona görə hesab edirəm ki, bu məsələlərə qiymət vermək üçün, yeni rəhbərliyin seçilməsi, partiyanın gələcək fəaliyyətilə bağlı yeni proqramların qəbul etmək üçün növbədənkənar qurultayın çağırılması məqsədə uyğun hesab edirəm.” – Fuad Əliyev bildirib.

Müzakirələrdən sonra ALDP sədri Fuad Əliyevin təklifi Rəyasət Heyətinin növbəti iclasında müzakirə etmək üçün səsə qoyularaq qəbul olundu.

 

İclasda həmçinin növbədənkənar parlament seçkiləri müzakirə olunub. Toplantı iştrakçıları bu seçkilərin kütləvi saxtakarlıq, jurnalistlərə, namizədlərə və onların nümayəndələrinə qarşı təzyiq və hədə-qorxu altında keçdiyini bildiriblər.

İclasın sonunda bəzi təşkilatı məsələlərə baxılıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin