Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

14:51 17-02-2020 | icon 637 | Gündəm
Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqrım qurbanlarının xatirəsinin 28-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Versus.az-ın xəbərinə görə, 1992-ci ildə Qaradağlının işğalından sonra Beyləqan rayon ərazisində salınmış Qaradağlı qəsəbəsində təşkil olunan tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, hərbçilər və Qaradağlı kənd sakinləri  iştirak ediblər. Mərasim iştirakçıları həmin gün şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət edib.

Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Ermənilərin kəndə hücumu 4 gün davam edib. Fevralın 17-də kənd ermənilərin nəzarətinə keçib. Həmin döyüşlərdə 80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfəri ermənilərin işğəncəsinə dözə bilməyərək həyatını itirib, 46 nəfər erməni girovluğundan azad olunub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF