Sumqayıtda 13 bağ evini qarət edən şəxslər tutulub

15:14 17-02-2020 | icon 324 | Hadisə
Sumqayıtda 13 bağ evini qarət edən şəxslər tutulub

Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Versus.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Şükran Xələfovun təklifi əsasında oğurluq etdiklərini məlum olub.Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol