BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

10:01 19-02-2020 | icon 445 | Təhsil
 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Fevralın 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova  ilə görüşüb. Görüşdə BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.

BSU-nun Mətbuat Xidmətindən  Versus.az -a verilən məlumata görə görüşdə BSU ilə Kiyev şəhəri 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyası  və  Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycan Respublikasında ukrayna dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır. Müqavilədə Ukrayna mədəniyyətinin Azərbaycan ərazisində və Azərbacan mədəniyyətinin Ukrayna ərazisində tanıdılması, pedaqoji sahədə təcrübənin mübadiləsi, tərəflərin seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi, hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək verilməsi, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.  Rektor Nurlana Əliyeva əməkdaşlıq haqqında imzalanmış bu müqavilənin bütün tərəflər üçün faydalı olacağını xüsusi vurğulayıb və hamıya uğurlar arzulayıb.

Qeyd edək ki, bu üçtərəfli müqavilənin imzalanması BSU-nun  beynəlxalq əlaqələrinin genişləndirməsi istiqamətində atdığı növbəti uğurlu addımdır.

                                                                    

G.Nəcəfli

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı