“Heydər Əliyev kuboku” uğrunda

13:31 08-05-2018 | icon 570 | İdman
“Heydər Əliyev kuboku” uğrunda

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ikigünlük "Heydər Əliyev kuboku" şahmat turniri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, turniri Mərkəzin direktoru Seyran Mirzəzadə açaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri haqqında iştirakçılara məlumat verib, xalqımızın bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacağını bildirib. O, Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına da xüsusi önəm verdiyini nəzərə alaraq, anadan olmasının 95-ci ildönümü münasibətilə məhz şahmat turnirinin keçirilməsinin qərara alındığını söyləyib.

 

Monteneqro Şahmat Birliyinin prezidenti Radoyicsa Qrba çıxışında, belə bir turnirin təşkilatçısı olmaqdan şərəf duyduqlarını ifadə edib. Azərbaycan xalqının istedadı və dövlət dəstəyi nəticəsində Azərbaycanın şahmat dünyasında güclü ölkələrdən biri olduğunu deyib.

 

Turnirdə, Monteneqronun ilk qrossmeysteri, dəfələrlə şahmat üzrə ölkə çempionu, keçmiş Yuqoslaviyanın 5 qat çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, Monteneqronun sabiq idman naziri Bojidar İvanoviç, o cümlədən, Nikola Dukiç, Neboyşa Nikçeviç, Blajo Kaleziç, Boro Milyaniç, Predrag Nikaç, Vladimir Paykoviç, Andrey Sukoviç kimi tanınmış şahmat ustaları, Monteneqronun yığma və olimpiya komandasının üzvləri, qrossmeysterlər iştirak ediblər.

 

Sonda turnirin qalibi Blajo Kaleziçə və digər iştirakçılara mükafatlar təqdim edilib. Qonaqlara isə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən Monteneqro dilinə tərcümə edilmiş “Heydər Əliyev” kitabı da təqdim olunub.

 

S.Mirzəzadə şahmat turnirinin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinə, Monteneqronun şahmat birliyinə və “Azmont Investments” şirkətinə təşəkkürünü bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol