"ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar"

14:23 08-05-2018 | icon 505 | Siyasət
"ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar"

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar. Bu gün Minsk qrupu heç bir iş görmür. Onlar Ermənistana, Azərbaycana gəlirlər, gedirlər. Amma nə olsun? Nəticə yoxdur, çünki istək yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, dəfələrlə deyilib ki, Dağlıq Qarabağ probleminə beynəlxalq hüququn prizmasından yanaşılsaydı, bu cür problemlər yaranmazdı:

 

“Avropa demokratiyadan danışır, amma işə gələndə demokratiya yoxdur. Mən Avropadan demokratiya istəyirəm”.

 

Z.Əsgərov Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu bir daha nəzərə çatdırıb:

 

“Ermənilər həmişə Dağlıq Qarabağ haqqında danışanda deyirlər ki, guya 1921-ci ildə Dağlıq Qarabağ Stalinin qərarı ilə Azərbaycanın tərkib hissəsinə verilib. Həmin vaxt heç Stalin hakimiyyətdə olmayıb. Belə olan halda bu, necə mümkün ola bilər?! Tarixlə də sübuta yetirilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Məsələnin həllinin çox sadə yolu var. Bəs onda problem nədir? Bu problem 30 il də davam etməlidir?! Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. 50 ildən sonra qayıdacaqlar? Məsləhət vermək çox asandır, amma siz o reallığı yaşamırsıınız!”

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı