İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti parkı açılacaq

15:27 08-05-2018 | icon 590 | Siyasət
İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti parkı açılacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltepe Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində mayın 15-də İstanbul Maltepe Bələdiyyəsinin ərazisində “Azərbaycan Xalq Cümhuriyyəti - 100-cü il Parkı”nın açılışı olacaq.

 

Bundan başqa, Türkan Saylan Kültür Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfrans, Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçiriləcək, Azərbaycan və Türkiyə incəsənət ustalarının, rəqs kollektivlərinin iştirakı ilə qala konsert təşkil olunacaq. Konfransda Türkiyə və Azərbaycan elm adamlarının, rəsmi şəxslərinin iştirakı planlaşdırılır.

 

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatda olan varislərindən bir qrupu Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR