Bu gün Şuşanın yasıdır... Bu gün Şuşada bayramdır!!!

16:53 08-05-2018 | icon 1591 | Köşə
Bu gün Şuşanın yasıdır... Bu gün Şuşada bayramdır!!!

 

ARZU ZEYNALLI

 

 

Gözəl adətlərimiz var idi... Yas düşəndə evlərdə televizorların, radioların səsi qısaldılardı. Hər ailə matəm saxlayardı ən azından rəhmətliyin 7-si çıxanadək... Toylar təxirə salınardı… İnsanlığın dəyəri var idi… Və bu gün Şuşanın yasıdır... Və bu gün Şuşada bayramdır!!!

 

Həqiqət elə acı, elə göynərtilidir ki… Göynəyə-göynəyə övladının 26 yaşını qeyd edən kim, əzizinin ölümünün 26 illiyini qeyd edən kim, ölkəsində 26 il vətənsiz yaşamından xəcalət çəkən kim… Kim, kim, kim…

 

Yorulmuşuq… Neçə illərimiz “ar olsun”, “istefa” şüarları ilə yola verildi. Qarabağ uğrunda deyil, kürsü uğrunda mübarizələrin qurbanı olduq…

 

Bizimlə bərabər yaşlanır işğal tarixlərimiz. Saçlarımız ağarmadan, üz-gözümüz qırışmadan qocalırıq. Anormal qocalırıq. Xatirələrimiz də anormaldır… Balaca qalmışıq o xatirələrdə, heç böyümürük… Uşağıq, yeniyetməyik o xatirələrdə. Heç olmasa bir az gəncliyimiz, bir az orta yaşlığımız da olardı. Heç olmasa xatirələrimizdə anormal olmayaydıq…

 

Şuşada bu gün yasdır… Yaraları, yasları pünhan sanki… Şuşalılar Şuşasız, Şuşa şuşalılarsız…

 

Belə ayrı-seçkilik edirik. Şuşalılar, laçınlılar, ağdamlılar, zəngilanlılar, xocalılar… lılar, lılar, lılar… Şuşanın işğalında şuşalılar. Laçının işğalında laçınlılar və sair və ilaxır… Şuşa qəbirstanlığı, ağdam qəbirstanlığı…. Qəbirstanlığı, qəbirstanlığı, qəbirstanlığı… Dərd torpaq dərdi, problem yerlibazlıq… Bu gün Şuşanın işğal günüdür, şuşalılar ziyarət edir Şəhidlər Xiyabanını. 10 gün sonra Laçının işğal gününü laçınlılar qeyd edəcək… Bu minvalla hər kəs öz yurdunun işğalını anacaq… Bu minvalla dərdlər paylaşılmayacaq, paylaşılmadıqca da azalmayacaq… Bu minvalla Laçını Şuşadan, Şuşanı Xankəndindən, Xankəndini Ağdamdan və sair, və sair incik salacağıq…

 

…Bu gün Şuşadan yazdım. Şuşadan yazdım. Bu gün Ağdamı, Xankəndini yad etdim. Bu gün onların adını çəkdim ki, Laçına gedəndə ayaqlarımın altında od tutub yanmasınlar, Laçın mənə qəzəbindən boğulmasın… Çünki onlar yansalar, Laçın kül olar, Laçın boğulsa, onlar da qərq olar…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol