“Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır”

17:46 08-05-2018 | icon 1041 | Qarabağ
“Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır”

 

Qənirə Paşayeva: “Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir, o səbəbdən bunu özümüz etməliyik”

 

 

Türkiyənin Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində millət vəkili, siyasi elmləri doktoru Qənirə Paşayeva “Türk dünyası problemlərinin çözümündə aydınların rolu” adlı konfrans keçirib.

 

Versus.Az-ın məlumatına görə, Kocaeli bölgəsinin rəsmilərinin, ziyalıların, KİV-in, QHT təmsilçilərinin və gənclərin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma “erməni soyqırımı” ilə bağlı geniş məruzə ilə çıxış edib. Çoxlu sayda tələbələrin, KİV nümayəndələrinin iştirak etdiyi konfransda Q.Paşayeva Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib:

 

“Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik. Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”.

 

Şuşanın 26 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili qeyd edib ki, Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır:

 

Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.


Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır:

 

“Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün türk dünyasının problemidir. Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşür:

 

“Türk gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” ruhunda böyüdülməlidir. Millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.

 

Millət vəkili Azərbaycanın qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, qondarma “erməni soyqırımı”na qarşı mübarizə hər bir türk insanının vəzifəsidir:

 

“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”.

 

Sonda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarını maraqlandıran suallarını cavablandırıb və onlara imzalı kitablarını hədiyyə edib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib