“Qarabağla bağlı təhlükəli məsələlər reallaşa bilər”

15:26 09-05-2018 | icon 753 | Geopolitika
“Qarabağla bağlı təhlükəli məsələlər reallaşa bilər”

 

Nəsimi Məmmədli: “Belə olduğu halda Azərbaycan çətin seçim qarşısında qalacaq”

 

“Azərbaycan cəmiyyəti Ermənistan-Rusiya münasibətlərinin pisləşəcəyinə və ya sanksiyalar səbəbindən Rusiyanın zəifləyəcəyinə bəslədiyi ümidləri bir an öncə dəfn etməlidir. Qarabağın azadlığı uğrunda total müharibə hazırlığına başlamalıdır”.

 

Bunu Versus.Az-a müstəqil siyasi ekspert Nəsimi Məmmədli Ermənistandakı proseslərin Rusiya-Ermənistan münasibətlərinə təsiri və Azərbaycanın yaranmış vəziyyətdən yararlanaraq hansı zəruri addımları atması ilə bağlı şərhində bildirib.

 

“Qazanan Rusiya və Ermənistan, itirən isə Azərbaycan ola bilər”

 

N.Məmmədli deyib ki, Ermənistan heç bir halda Rusiyaya arxa çevirməyəcək. Çünki tərəflər arasında səslənən kəskin bəyanatlara baxmayaraq Ermənistan Rusiya üçün çox önəmli dövlətdir:

 

“Ermənistanın Qafqazda mövcudluğu üçün Rusiya bütün vasitələrdən istifadə edir və bundan sonra da edəcək. Cənubi Qafqazda Rusiyanın mövcudluğunun əsas dayağı da məhz Ermənistandır. Ermənistanda kimin iqtidarda olmasından asılı olmayaraq, Rusiya orada ən etibarlı tərəfdaş kimi mövcud olacaq. Ortada olan xırda narazılıqların dərin siyasi gərginliyə çevriləcəyi real deyil. Erməni siyasətçiləri çox yaxşı anlayır ki, bu onlar üçün arzuolunmaz sonluq olar. Rusiya daim onların əsas qarantiyasıdır. Hər iki dövlətin təhlükəsizlik maraqları bir-biri ilə o qədər sıx bağlıdır ki, onu heç bir qüvvə poza bilməz. Hətta Azərbaycan hökuməti bütün siyasi idarəetməsini, xarici siyasətini Rusiyanın istəklərinə uyğunlaşdırsa da, Rusiya yenə də Ermənistanın maraqlarını qoruyacaq. Hazırda Ermənistandakı siyasi proseslərdən ən çox qazanan dövlət Rusiya və Ermənistan, ən çox itirən dövlət isə Azərbaycan ola bilər”.

 

Ekspertin fikrincə, Azərbaycan iqtidarı faktiki olaraq Rusiyanın heç bir planına müqavimət göstərməyə qadir deyil:

 

“Rusiyanın xeyli vaxtdır tərəflərə təklif etdiyi “sülh” planına Ermənistandakı keçmiş hökumət razılaşmırdı. Onlar döyüşdə qalib olduqlarını əsas tutaraq güzəştləri də Azərbaycandan tələb edirdi. “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi tanınmasını və ya Ermənistana birləşdirilməsini əsas şərt kimi irəli sürürdülər. Ən pis variant kimi “Dağlıq Qarabağ”ın Rusiyanın tərkibində olmasını və işğaldan azad edilən Azərbaycan torpaqlarında Rusiya sülhməramlılarının yerləşməsini təklif edirdilər.

ABŞ isə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi yeddi rayonun işğaldan azad edilməsini və bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh sazişinin imzalanmasını təklif edirdi. Nədənsə Azərbaycan hökuməti hər zaman ABŞ-ın təkliflərinə deyil, Rusiyanın təkliflərinə isti yanaşır. ABŞ-ın təklifləri tamamilə milli maraqlarımıza uyğun olsa da, Azərbaycan hökuməti bu təklifləri sükutla qarşılayır”.

 

N.Məmmədli bildirib ki, Qarabağla bağlı çox təhlükəli məsələlər artıq reallaşa bilər. Bu, Rusiyanın məlum planının həyata keçirilməsi üçün yaranmış əlverişli situasiyadır:

 

“Cəmiyyəti Qarabağ probleminin həllinə fəal qoşmalıdır”

 

“Rusiya təklif edir ki, Ermənistan tərəfindən işğal edilən 5 rayon azad edilsin və o ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşsin. Bundan sonra “Dağlıq Qarabağ”ın gələcək statusu ilə bağlı razılaşma əldə edilsin. Yəni, müəyyən müddətdən sonra “Dağlıq Qarabağ” əhalisi referendum keçirərək öz taleyini müəyyən etsin. Kəlbəcər və Laçınla bağlı müzakirələr isə o zamanadək təxirə salınsın. Bu, “Lavrov Planı” kimi Rusiya tərəfindən təklif edilən mürtəce sülh planıdır və Ermənistanın yeni hökuməti tərəfindən qəbul ediləcəyi təqdirdə Azərbaycan çətin seçim qarşısında qalacaq.

 

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək imkanlarına sahib olmaq üçün öz siyasətini tamamilə dəyişməli, Cəmiyyəti Qarabağ probleminin həllinə fəal qoşmalıdır. Qərblə siyasi münasibətlərə yeni yanaşma gətirilməlidir. Siyasi məhbusları azad edib, vətəndaşların hüquq və azadlıqlarını təmin etməlidir. Həmçinin, ölkəmizi Rusiyanın siyasi orbitindən çıxarmağa başlamalıdır. Əks halda bu problemin milli maraqlarımıza uyğun həlli mümkün olmayacaq. Rusiyadan çəkinən hökumətin hərbi əməliyyatlara başlamaq üçün siyasi iradəsi ola bilməz”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”