"ALDP sədrinin təbliğat kampaniyasına hazır olmalıyıq"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Xızı rayon təşkilatının sədri Zamiq Şəkərovun rəhbərliyi ilə təşkilatın iclası keçirilib.
Versus.az-ın məlumatına görə, iclasda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri və bununla bağlı təşkilatı məsələlər müzakirə olunub.
Zamiq Şəkərov prezidentliyə namizədliyi irəli sürülən ALDP sədri Fuad Əliyevin imzatoplama kampaniyası ilə bağlı tövsiyyələr verib:
“Baxmayaraq ki, imzatoplama kampaniyası Xızı rayonunda yekunlaşıb, biz digər bölgələrdə imzaların toplanmasında köməklik etməliyik. Fuad Əliyevin təbliğat kampaniyasının uğurlu olması üçün indidən hazırlıq işlərə başlamalıyıg”.
Daha sonra ALDP-nin Xızı rayon təşkilatına yeni üzvlərin qəbulu və təşkilatı məsələlər müzakirə olunub.
ARZU
Versus.Az
Xəbər lenti
Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB
"Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq"