Mən Heydər Əliyevi böyük bir siyasi məktəb hesab edirəm

10:38 10-05-2018 | icon 822 | Siyasət
Mən Heydər Əliyevi böyük bir siyasi məktəb hesab edirəm

 

Bu gün adi gün deyil

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Biz bu gün müstəqil Azərbaycan dövlətçiliyinin və yaxud yeni Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edirik. Hər şeydən öncə onu qeyd etmək istəyirəm ki, bu Dahi Şəxsiyyətin həyatı boyunca Azərbaycan naminə, xalqımız naminə xidmətləri böyükdür.

 

Heydər Əliyev haqda çox danışmaq, çox yazmaq olar. Çünki onun fəaliyyəti və ölkə qarşısında xidmətləri hədsiz dərəcədə genişdir. Və bu heç kəsə sirr deyil. Mən bu gün bu əvəzsiz Liderimizlə bağlı iki məqamın üzərində xüsusilə dayanmaq istəyirəm.

 

Bizim hər birimiz Heydər Əliyev haqda danışarkən onun Ümummilli Lider olduğunu qeyd edirik. Bu heç də adi bir söz birləşməsi deyil və H.Əliyevə də əbəs yerə Ümummilli Lider demirik. Bu onun halal haqqıdır. O bu haqqı qazanıb. Bu adı ona xalqımız özü verib. Heydər Əliyev bütün xalq tərəfindən böyük bir sevgi, ehtiram hissilə Ümummilli Lider adlandırılıb. Çünki Heydər Əliyev həqiqətən də əsl Ümummilli Lider missiyasını həyata keçirərək, 1993-cü ildə ölkəmizi etnik separatçılıq və dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Bu onun siyasi karyerasının zirvə nöqtəsi sayılır. Dövləti idarə etmək elə də çətin iş deyil. Amma dövləti qorumaq, dövlətçiliyi xilas etmək, millətin siyasi varlığını ayaqda tutmaq isə yalnız çox nadir şəxsiyyətlərə, seçilmiş insanlara, müdrik və missiyalı liderlərə xas olan xüsusiyyətdir. Heydər Əliyev də məhz bu Missiya üçün doğulmuşdu və o bu Missiyanın öhdəsindən layiqincə gəldi. O, Azərbaycanın adının dünya siyasi xəritəsindən silinməsinin qarşısını alaraq gerçəkdən də Ümummilli Lider olduğunu hamıya sübut etdi, Ümummilli Lider mərtəbəsinə yüksəldi. Azərbaycanı parçalamaq istəyən daxili və xarici qüvvələrin məkrli niyyətlərini alt-üst etdi. Məhz bu cür quruculuq və xilaskarlıq missiyasına görədir ki, bu gün bir çoxları Heydər Əliyevi haqlı olaraq M.K. Atatürk, D.F. Ruzvelt, Şarl de-Qoll kimi tarixi şəxsiyyətlərlə müqayisə edir.

Ulu Öndərin mənim diqqətimi ən çox cəlb edən digər cəhəti isə Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Heydər Əliyev keçən əsrin 90-cı illərinin əvvəllərində milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə həm Azərbaycan dövlətçiliyini qorudu, həm də dövləti və milləti bundan sonra da yaşatmağın sarsılmaz əsasını yaratdı. Dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev Azərbaycançılıq ideyasını toparlayıcı, birləşdirici prinsip olaraq ortaya atmaqla necə də haqlı olduğunu və siyasi uzaqgörənlik nümayiş etdirdiyini bir daha hamıya sübut etdi. Bu ölkənin türkü də, talışı da, ləzgisi də, kürdü də, tatı da, digər millətlərdən olan vətəndaşları da Azərbaycançılıq çətiri altında bir yumruq kimi birləşdilər. Bu gün də bu prinsip, bu siyasət bütün azərbaycanlıları vahid siyasi qüvvə və subyekt kimi bir arada tutmaqda davam edir. İndi Azərbaycançılıq hamımızı birləşdirən bir dəyər rolunu oynayır. Bu da məhz Heydər Əliyevin siyasi müdrikliyinin və zəhmətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev məhz azərbaycançılıq məfkurəsinə söykənərək müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu.

 

Mən Heydər Əliyevi böyük bir siyasi məktəb hesab edirəm. Heydər Əliyevdən görüləsi, götürüləsi həqiqətən də çox şey var. Və bu gün Heydər Əliyevin siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevdir. Ötən 15 il ərzində İlham Əliyevin dünyadakı mürəkkəb siyasi və iqtisadi təlatümlər şəraitində ölkəmizi müvəffəqiyyətlə idarə etməsi də bunun əyani sübutudur. Odur ki, mən əminəm ki, müstəqilliyimiz əbədi olacaq və Azərbaycan gec-tez öz ərazi bütövlüyünü təmin edəcək, Qarabağ da, digər tarixi torpaqlarımız da yenidən hər bir azərbaycanlının rahat-rahat ayaq basdığı, yaşadığı guşələrə çevriləcək. Bu gün hər bir DADP-çi buna inanır və Prezidenti dəstəkləyir. Biz Ulu Öndərin davamçısının yanındayıq! Yolumuz Haqq yoludur!

Doğum günün mübarək olsun, Ulu Öndərim!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı