Paşinyanın çıxışına sevinənlər

13:15 11-05-2018 | icon 1057 | Kürsü
Paşinyanın çıxışına sevinənlər

TƏLƏSMƏYİN

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Axşam sosial şəbəkədə dəyərli dostumuz, ədəbi tənqidçi Əsəd Cahangirin Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanla bağlı bir paylaşımına rast gəldim. Əsəd bəy doğru deyir ki, Paşinyanın "Azərbaycan dövləti qorxaqdır" sözləri deyəsən bəzilərinin yaman ürəyindən olub. Bu, ikibaşlı paylaşmalardan da görünür.

 

Əsəd Cahangir haqlıdır. Guya Paşinyanın söyləmiş olduğu bu fikiri xüsusi bir həvəslə paylaşanlar, xəbərə çevirib dərc edənlər, haray-həşir qoparanlar, "niyə bu Paşinyanın dərsini vermirik?" və "nə üçün dərhal müharibəyə başlamırıq?" deyə, psevdovətənpərvərlik sərgiləyənlər, monitor önündə qəhrəmanlıq şousu göstərənlər də çox oldu. Ancaq yaxşı olar ki, Paşinyanın çıxışına sevinənlər sevinməyə tələsməsinlər! Çünki əvvəla, Paşinyanın həqiqətən də bu sözü deyib-demədiyi təsdiqlənmədi. Bizim saytlardan fərqli olaraq Ermənistanın əsas xəbər portallarında N.Paşinyanın adından belə bir açıqlama yer almayıb. Amma onun Şuşadakı məlum çıxışı ümumən müharibə ritorikası üzərində qurulmuşdu və bu həm Azərbaycana ünvanlanmış hərbə-zorba gəlmək taktikası idi, həm də hal-hazırda inqilab ab-havasına köklənmiş ermənilərin nazıyla oynamaq xarakteri daşıyırdı.

 

Bəzi ekspertlərimiz isə haqlı olaraq Paşinyanın son çıxışının Azərbaycanı təxribata çəkmək, qıcıqlandırmaq niyyəti güddüyünü bildirirlər. Əslində, Paşinyanın Şuşadakı sərsəmləməsi bilavasitə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın terrorçu-quldur klanına hesablanıb. Paşinyan yaxşı bilir ki, Ermənistanda hakimiyyət məsələsi mütləq şəkildə Dağlıq Qarabağ kartı və klanından asılıdır. Odur ki, populist çıxışlarıyla hakimiyyət əldə edən bu şəxs, elə axıra qədər də bu cür populist, şou xarakterli çıxışlar etməklə öz siyasi ömrünü uzatmağa məcburdur.

 

Eyni zamanda isə bir mühüm amili də nəzərə almalıyıq ki, Qarabağ məsələsi bizdə olduğu kimi Ermənistanda da birləşdirici amil rolunu oynayır. Odur ki, S.Sərkisyanın bu inqilabçı xələfi öz sərsəm açıqlamalarıyla son həftələr ərzində ermənilər arasında yaranmış birliyi bundan sonra da qorumağa çalışacaq. Paşinyan olduqca hiyləgər adamdır. O bilir ki, lap yaxın gələcəkdə erməni cəmiyyətində parçalanmanın baş verəcəyi labüddür. Məhz həmin parçalanmanın qarşısını almaq və siyasi dividend qazanmaq məqsədi ilə bu cür avantürist açıqlamalar vermək hazırki məqamda N.Paşinyan üçün ən məqbul taktikadır. Əsl həqiqətdə isə N.Paşinyan indiki məqamda Qarabağda müharibəyə başlamaq iqtidarında deyil. Bu mənada, biz Ermənistan rəhbərliyinin qıcıqlandırıcı çıxışlarına görə hərəkət etməli deyilik. Paşinyan özünü döyüşkən xoruz kimi aparır. Amma Azərbaycan N.Paşinyanın sözləriylə deyil, özünün planlaşdırdığı məqamda, Qələbə üçün ən əlverişli və uyğun zamanda müharibəyə başlayacaq!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür