Konyada, Meramda Qarabağ parkının açılması təklifi dəstəklənib

20:20 11-05-2018 | icon 514 | Sosial
Konyada, Meramda Qarabağ parkının açılması təklifi dəstəklənib

 

Bələdiyyə başqanı Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib

 

Festivalda çıxış etmək üçün Konyada, Meramda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Meram bələdiyyə başqanı Fatma Toru ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, Q.Paşayevanın Meramda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib, yeni açılacaq ən gözəl parka Qarabağ parkı  adı veriləcəyini deyib.

 

Qarabağ parkının, abidəsinin dosta da, düşmənə də önəmli mesaj olacağını deyən millət vəkili Q.Paşayeva Meram bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

 

“Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür” vurğulayan bələdiyyə başqanı “azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq” deyib. Azərbaycanı çox sevdiyini deyən Meram bələdiyyə başqanı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Meram bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

 

İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Meram arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Q.Paşayevanın Meramda Azərbaycanla bağlı tədbirlərini keçirilməsi təklifini də bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Fatma Toru Azərbaycana təkrar gəlməkdən məmnunluq duyacağını deyib.

 

Millət vəkili Q.Paşayeva Meram bələdiyyə başqanına Azərbaycanla bağlı materiallar, özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və müəllifi olduğunu kitablarını hədiyyə edib.

 

Millət vəkili eyni zamanda Konya bələdiyyə başqanı Uğur İbrahim Altay ilə də görüşüb, Azərbaycanla əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Millət vəkili həmçinin bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyini vurğulayıb, türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı