"Ermənistan hakimiyyətində olmuş "Qarabağ klanı"nı üstələmək istəyir"

10:57 14-05-2018 | icon 1170 | Geopolitika
"Ermənistan hakimiyyətində olmuş "Qarabağ klanı"nı üstələmək istəyir"

Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimı iştirak etməsi barədə sərsəmləməsini ermənilər 1992-ci ildə səsləndirmişdi.

 

Versus.Az Trend-ə istinadla xəbər verir ki, bunu millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, N.Paşinyan bu cür sayıqlamalarla bu vaxta qədər Ermənistan hakimiyyətində olmuş "Qarabağ klanı"nı üstələmək istəyir:

 

"Birincisi, Paşinyan düşmən dövlətin vətəndaşıdır və onun Azərbaycan torpağına gəlməsi cinayətdir. Paşinyan Dağlıq Qarabağa səfər etməklə ilk növbədə Azərbaycanın hava məkanını pozub".

 

E.Məmmədovun sözlərinə görə, ermənilər 1992-ci ildən bu fikirdədir ki, Dağlıq Qarabağda yaradılmış qondarma rejim danışıqlarda tərəf kimi iştirak etməlidir:

 

"Lakin Azərbaycan bunu haqlı olaraq qəbul etmir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, burada qondarma rejim yaradılıb. İnşallah, Azərbaycan Ordusunun gücü ilə biz həmin rejimi darmadağın edib cinayətkarları cəzasına çatdıracağıq. Qondarma rejim də heç vaxt danışıqlarda tərəf kimi çıxış etməyəcək. Danışıqları yalnız Ermənistan və Azərbaycan apara bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı