"İsrail İranı müharibəyə təhrik edir"

12:07 14-05-2018 | icon 504 | Dünya
"İsrail İranı müharibəyə təhrik edir"

Yaxın Şərqi çox ciddi problemlər gözləyir. Bu region yeni hərbi münaqişələrin bir addımlığındadır.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Suriya ərazilərinə hava zərbələrini şərh edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, İsrail İranı müharibəyə təhrik edir. R.T.Ərdoğan vurğulayıb ki, İsrailin Suriyaya aviazərbələri "İran hərbçilərinin atəş açmasına cavab" bəhanəsi ilə endirilib:

 

"Lakin məsələ burasındadır ki, İran Təl-Əvivin həmin bəyanatını qəbul etmir".

 

Qeyd edək ki, mayın 10-da İsrail İranın "Kuds" bölmələrinin Suriya ərazilərinə və Cövlan yüksəkliklərində İsrail mövqelərinə təqribən 20 raket zərbəsi endirdiyini bəyan edib. Təl-Əviv bunu İranın təcavüzü kimi qiymətləndirib və cavab olaraq Suriyaya aviazərbələr həyata keçirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı