“Qarabağla bağlı mitinqlər və digər tədbirlər qadağan olunacaq”

13:33 14-05-2018 | icon 463 | Siyasət
“Qarabağla bağlı mitinqlər və digər tədbirlər qadağan olunacaq”

 

Əli Əliyev: “Qarabağ məsələsi ətrafında istənilən hərəkətlilik məqbul hesab edilməlidir”

 

“Qarabağla bağlı bütün tədbirlər və göstərilən aktivlik izah olunandır”.

 

Bunu Versus.Az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Qarabağla bağlı kütləvi tədbirlərin keçirilməsi zəruriliyi ilə bağlı açıqlamasında bildirib.

 

VİP sədrinin sözlərinə görə, ağıllı hakimiyyət partizan hərəkatından başlamış, elmi diskussiya və araşdırmalara qədər bütün növ işlərdən istifadə edər, bunu xalqın istəyi kimi əsaslandırardı:

 

“Lakin bu hakimiyyət son 25 ildə bir dənə də olsun patriotik layihə həyata keçirməyib. Bunlar yalnız artist və ifaçılarla fəxr edə bilərlər. Sanki milləti artistlər idarə etməlidir. Cəmiyyətin bütün sferalarına artistlər "yol göstərirlər". İntellektual, əxlaqi, dini, vətənpərvərlik, aşbazlıq, mühəndislik, psixoloji və s. məsələlərin hamısının eksperti müğənnilərdir. Sanki hakimiyyət millətin bu təbəqədən ibrət almasını  istəyir. Qarabağ ətrafında kütləvi hərəkətin olmaması istəyi də məhz bu siyasətdən doğur”.

 

VİP sədri hesab edir ki, belə olduqca da Qarabağla bağlı mitinqlər və digər tədbirlər qadağan olunacaq:

 

“Bu kökündən yanlış, anti-milli siyasətdir”.

 

Ləman
Vesus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF