Başqalarını müzakirə etməyi sevirik

14:52 14-05-2018 | icon 1155 | Köşə
Başqalarını müzakirə etməyi sevirik

 

AĞANİSƏ SULTANOVA

 

 

Küçədə görəndə ki, kimsə əlindəki tullantını zibil qabına atır, yaxınlaşıb təşəkkür etmək istəyirəm.

 

Bir şəhərin, rayonun, kəndin, küçənin təmizliyi onun insanlarından asılıdr. Bakı bu gün təkcə bizim yaşadığımız şəhər deyil, ölkəyə hər gün iş, turizm məqsədilə nə qədər əcnəbi vətəndaşlar gəlir. Açığını deyim ki, mən çox utanıram. Şəhərin mərkəzi küçələrində ifadəmə görə üzr istəyirəm, zibillikdən, tüpürcəkdən, daha nələrdən.... addım atmaga yer yoxdur.

 

Avtobus dayanacağında fikir verirəm, 10-larla adam dayanıb, düz bir addımlığında 4-5 zibil qabı var. Siqaret kötüklərini, dönər kağızlarını, su qablarını yerə atırlar, elə bil belə də olmalıdır. Əlində süpürgə, xəkandaz olan yaşlı qadınlar, kişilər isə onların yerə tökdüklərini yığıb zibil qabına boşaldırlar.

 

Allah rəhmət eləsin, bu yaxınlarda avtomobil qəzası nəticəsində dünyasını dəyişən təmizlikçilərə. Əslində bunun bir günahı da bizdədir. Yəqin ki, avtomobilin şüşəsini açıb, ən yumşaq formada desəm, zibilləri kücəyə atanları görmüsünüz. Sonra da həmin təmizlikçilər onların tökdüklərini yığışdırmağa məcburdular.

 

Sosial şəbəkələrdə tez-tez Azərbaycana gələn ərəb turistlərdən yazanları görəndə, açığı təəccüblənirəm. Biz özümüzü deyil, həmişə başqalarını müzakirə etməyi sevirik. Ərəb ölkələrinin çoxunda olmuşam və şəhərlərin təmizliyinə, insanların yaşadığı yerləri necə qoruduğuna heyrət də qalmışam. Bir çox Ərəb əlkələrində bununla bağlı çox yüksək cərimələr mövcuddur. Fikrimcə, Azərbaycanda da ən yüksək məbləğdə belə cərimələr tətbiq olunmalıdır.

 

İctimai nəqliyyatımız da küçələrimidən fərqli deyil. Artıq “Bakı Bus” avtobuslarının oturacaqlarında, qoltuqlarda yapışdırılan saqqızlar, “ənənəvi” adyazmalar, ürək şəkilləri, yerə atılan zibillər adi hala çevrilib.

 

Bəlkə də şablon səslənəcək, insan yaşadığı evi necə saxlayırsa, təmizliyinə fikir verirsə, məncə, öz şəhərinə də elə baxmalıdır. Hələ binaların bloklarının qarşısındakı zibil torbalarını demirəm. Butun bunlara riayət etmək pul, əlavə nəsə tələb etmir. Əgər insanların arasında kostyumda, qalstukda, yekəqarın kişi yüksəkdən öskürüb, asqırıb burnundakını yerə tökürsə, artıq buna heyvan da deməyə dilin gəlmir, ən azından heyvanları təhqir etmiş olaram.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin