“Bu, hökumətin dəstək verdiyi bir mitinq olmalıdır”

15:05 14-05-2018 | icon 510 | Siyasət
“Bu, hökumətin dəstək verdiyi bir mitinq olmalıdır”

 

Razi Nurullayev: “Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır və məhkəmədə uduza bilər”

 

“Qarabağla bağlı fəallığın olmasının, mitinqlərin keçirilməsinin tərəfdarıyam. Lakin bu, 10-15 nəfərin yığılıb keçirəcəyi mitinq olmalı deyil. Bu, hökumətin dəstək verdiyi bir mitinq olmalıdır”.

 

Bunu Versus.Az-a AXCP sədri Razi Nurullayev Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mitinqlərin zəruriliyi ilə bağlı açıqlamasında bildirib.

 

AXCP sədri bildirib ki, bu mitinqlər xalqın birliyini, gücünü göstərmək üçün çox vacibdir. Ona görə də burda tək QAT və ona dəstək olan təşkilatlar yox, həm də bütün ictimai-siyasi təşkilatlar və hökumət iştirak etməlidir.

 

R.Nurullayev eyni zamanda bildirib ki, Qarabağla bağlı keçirilən icazəsiz  mitinqlər Azərbaycan xalqının maraqlarına uyğun olmaya bilər:

 

“Belə məsələlərdə zorakılıq olmaz. Qarabağla bağlı mitinqdə polis zorakılığı olarsa, dünya ictimaiyyətinə özümüz haqqında çox mənfi bir  mesaj vermiş olarıq. Bundan sonra isə mitinqi keçirənlərlə, ona icazə verməyənlərin məsuliyyəti eyni olacaq”.

 

AXCP sədri bildirib ki, siyasi və ictimai təşkilatlar haqqında qanuna əsasən BŞİH 5 iş günü ərzində mitinqlə bağlı müraciətə rəsmi cavab verməlidir:

 

“Əgər cavab verməyibsə, əlbəttə ki, məhkəmə yolu və yaxud da adi bir qaydada görüş tələb edib məsələnin məğzini aydınlaşdırmaq olar. İstənilən halda  mitinqçilərin bütün müraciət qaydaları qanunla tənzimlənibsə, BŞİH buna cavab vermədiyinə görə məsuliyyət daşıyır və məhkəmədə uduza bilər”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”