Ceyms Medisonla eyni gündə doğulan yazıçı

17:53 16-03-2020 | icon 769 | Ədəbiyyat
Ceyms Medisonla eyni gündə doğulan yazıçı

Qoy bu, Sizin növbəti əlamətdar gününüzə SÖZ ərmağanı olsun

 

16 mart günü dünyaya bir sıra görkəmli şəxsiyyətlər bəxş edib. Ümumiyyətlə, bu tarixdə dünyaya gələn insanların arasında oxşar xüsusiyyətlər çoxdur. Bu gün sizə həmin tarixdə anadan olan iki insan haqqında söhbət açmaq istəyirəm.

 

Ceyms Medison - 1751-ci il martın 16-da ABŞ-ın Virciniya ştatının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdu. Boyu 1 m. 62 sm olan Ceyms Medison parlaq düşüncəli, dəmir iradəli, kübar bir şəxsiyyət idi. 1809-cu ildən 1817-ci ilədək Amerika Birləşmiş Ştatlarının 4-cü prezidenti olub...

 

Ağalar İdrisoğlu - 1950-ci il mart ayının 16-da Masallı rayonunun Digah kəndində dünyaya gəlib. Azərbaycan yazıçısı, dramaturqu və rejissorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür...

 

İti zəka, duyğusallıq, dərin təfəkkür, əzmkarlıq bu insanlara məxsus olan xüsusiyyətlərin sırasında olsa da, ən böyük keyfiyyətləri isə daim hərəkətdə olmaq, cəmiyyətə fayda verməkdən ibarətdir...

 

Nə isə, Ceyms Medison uzaq keçmişdə qaldı. Bu gün bizimlə eyni dünyada qərar tutan, yazıb yaradan Ağalar İdrisoğlunun müsbət cəhətlərini sadalamaqla bitməz. Heç sadalamaq istəmirəm də. Çünki dostları bu cəhətləri Onda çoxdan kəşf ediblər...

 

Bəli, martın 16-sı gözəl günlərdən biridir. Bu tarixdə dünyaya gələn insanlar da gözəl olurlar...

 

Hörmətli Ağalar İdrisoğlu, yubileyinizdən xəbər tutub qaçaraq qələmə aldığım bu yazı, qoy Sizin növbəti əlamətdar gününüzə SÖZ ərmağanı olsun! 70 yaşınız mübarək!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ