"ASAN Viza"dan istifadə mümkündür

11:30 15-05-2018 | icon 602 | Siyasət
"ASAN Viza"dan istifadə mümkündür

Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Ü.Mehdiyev bildirib ki, bu istiqamətdə fəal iş aparılır:

 

"Biz həmin sistemi "ASAN Viza 2" adlandırmışıq və istəyirik ki, Azərbaycan vətəndaşları bu sistemdən istifadə edərək digər ölkələrin səfirliklərində viza ala bilsinlər. Texniki baxımdan proses aktiv şəkildə hazırlanır, lakin sistemin inteqrasiyası üçün səfirliklərlə danışıqlar aparmaq da lazımdır".

 

Qeyd edək ki, bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

"ASAN Viza" vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin