Ali məktəbə qəbulla bağlı YENİ TƏKLİFLƏR

17:44 15-05-2018 | icon 650 | Təhsil
Ali məktəbə qəbulla bağlı YENİ TƏKLİFLƏR

Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb.

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

 

Nazir əlavə edib ki, hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq:

 

"Respublika fənn olimpiadalarının qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn olimpiadaları qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırladıq".

 

C.Bayramov qeyd edib ki, xüsusi istedadlı şagirdlər üçün liseylərin sayının artırılması da planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol