Üç güləşçimiz finala yüksəlib

09:23 16-05-2018 | icon 69 | İdman
Üç güləşçimiz finala yüksəlib

Makedoniyanın Skopjeşəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.



Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışır. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.



Güləşçilərimizdən dördü yarımfinalda mübarizə aparacaq. Əlihəsən Əmirli (48 kq) qarşılaşdığı Moldova və Ermənistan, Turan Bayramov (65 kq) Ukrayna və Ermənistan, Fuad Mayılov (80 kq) Macarıstan və Gürcüstan, İslam Abuyev (110 kq) isə Yunanıstan və Belarus idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal görüşlərini qələbə ilə başa vuran Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib.

Əlihəsən Əmirli bürünc medal görüşünə çıxacaq, Əbülfəz Nəsirov isə təsəlliverici görüşə qatılacaq.

Final görüşləri Bakı vaxtı ilə 16 may saat 20:00-da başlayacaq.

 

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq