Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı

15:47 16-05-2018 | icon 1938 | Cəmiyyət
Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş keçirilən tədbirlər çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində Məhəmməd Əmin Rəsulzadənin öz xətti ilə yazılmış məktublarının təqdimatı baş tutub.

 

Versus.Az-ın məlumatına görə, məktubların sayı iyirmidən çoxdur və onlar 1950-55-ci illərdə Süleyman Təkinərə (Məmmədov Süleyman Məmmədəli oğlu, Mərdəkan) adlı şəxsə yazılıb. Süleyman Təkinər Böyük Vətən Müharibəsi illərində əsir düşmüş və Müharibə bitdikdən sonra bir çox Avropa ölkələrini dolaşaraq, sonunda Türkiyədə məskunlaşıb. Elə burada da özünün ən böyük arzusuna qovuşub. İllərlə axtardığı böyük Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb.

 

Publisist, jurnalist və ədəbiyyatşünas Süleyman Təkinər siyasi mühacir ömrünü yaşayıb. Azərbaycan ədəbiyyatına dair bir neçə əsərin müəllifidir. Hətta M.Ə.Rəsulzadə ona tövsiyyə edirdi ki, o, öz yazılarını rus dilinə də çevirərək, dərc etdirsin. M.Ə.Rəsulzadə öz məktublarında S.Təkinərin fəaliyyəti və yaradıcılığı ilə əlaqədar öz fikirlərini bölüşərək, tövsiyyələrini də verir.

 

Burada Türkiyədə mühacir həyatını yaşayan azərbaycanlılar haqqında da məlumatlar var. Bu məktubların arasında M.Ə.Rəsulzadənin vizit kartı da var. Onları muzeyə S.Təkinərin qohumları çatdırıb. Vətəni ilə 50 il ayrılıqdan sonra, S.Təkinər 1992-ci ildə Azərbaycana qonaq gəlir və özü ilə bu məktubları gətirərək, onları qohumlarına təhvil veribmiş. Təsadüf nəticəsində uzun illərdən sonra MATM müdiriyyətinin xahişi ilə bu məktublar muzey kolleksiyasını zənginləşdirdi.

 

Təqdimat mərasimində S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Firəngiz Deqler də iştirak edib. S.Təkinərin qardaşının nəticəsi Səbirə Həsənova M.Rəsulzadənin yazdığı və bu vaxta kimi heç kəsin eşitmədiyi bir şeiri səsləndirib.

 

Tədbirin sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı