Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

17:51 17-05-2018 | icon 1124 | Cəmiyyət
Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

 

İrene Natividad Azərbaycanla münasibətlərin inkişafına önəm verdiklərini deyib

 

Millət vəkili, siyasi Elmlər Doktoru Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları - İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüblər.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verlib.

Ümumdünya Qadın Sammitinin prezidenti Qarabağ həqiqətləri ilə də bağlı məlumatlandırılıb.

 

Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materialları Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividada təqdim edən millət vəkili Q.Paşayeva "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib.

 

Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad rəhbərlik etdiyi təşkilatın Azərbaycanla da münasibətlərin inkişafına önəm verdiyini deyib və Azərbaycan münayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığının da məmuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib. O, bildirib ki, qadınların bütün sahələrdə fəallığının genişlənməsində rol model qadınların üzərinə böyük vəzifələr düşür və bu cür sammitlərdə də məqsədin qadınların bütün sahələrdə rolunun genşlənməsinin dünya üçün nə qədər önəmli olduğuna diqqət çəkmək, müsbət nəticələrin daha da geniş yayılmasına dəstək göstərmək olduğunu bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI