Silaha sarılmaq gərək

10:19 18-05-2018 | icon 1181 | Kürsü
Silaha sarılmaq gərək

 

Xocalı, Şuşa, Laçın siyasi oyunların qurbanı oldu

 

 

Şamil Sabiroğlu

/Qarabağ qazisi/

 

Azərbaycanın şəhər və rayonları arasında Laçının öz yeri var...

 

1988-ci ilin fevralında Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı. İlk öncə Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşayan soydaşlarımız zorla doğma ev-eşiyindən çıxarıldı. Həmin ilin dekabr ayının 7-də Ermənistanda 8 bal gücündə zəlzələ baş verdi. Xeyli sayda insan həlak oldu. Mənim düşüncə tərzimə görə düşmən tərəfin sülhpərvər qonşularına qarşı etdiyi xəyanət cavabsız qalmadı. Buna baxmayaraq Livandan, Suriyadan, Fransadan, habelə, Rusiya Federasiyasından gələn muzdlu qatillər Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar yaşayan ərazilərinə sonralar da od ələdilər...

 

Bakıda rahat olan iş-gücümü atdım. 1989-cu ilin sentyabrında Respublika Komsomolu Mərkəzi Komitəsinin nəzdində yaradılmış Könüllülərdən ibarət dəstənin üzvü kimi Laçının Qayğı qəsəbəsinə yollandım. Bölgə ilə tanışlığım o vaxtdan başladı. Laçının qeyrətli oğulları azərbaycanlı yaşayış məntəqələrini böyük həvəslə qoruyurdular. Həm Arif Paşayevin rəhbərlik etdiyi hərbi hissə, həm də Laçın rayon Polis şöbəsinin əməkdaşları dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün var qüvvələrilə çalışırdılar...

 

Bu gün böyük məmnunluqla Laçının qəhrəman müdafiəçilərindən bir neçəsinin adını qeyd etmək istəyirəm: Akif Səlimov, Arif Paşayev, Şakir Sadıqov, Əhliyət Süleymanov, Tahir Süleymanov, Vaqif Salmanov, Babək Aslanov, Cin Mübariz, Əsabalı, daha kimlər, kimlər....


Həm Xocalı, həm Şuşa, həm də Laçın ölkədə baş vermiş siyasi oyunların qurbanı oldu...

Mən, mayın 14-də Müdafiə Nazirliyinin sənədli filmlər Kino-Tele studiyasının rəhbəri, Azərbaycanın ilk hərbi tele-operatoru Seyidağa Mövsümlü və kino-operator Nizami Abbasla Laçın şəhərinə gəldim.
4 gün ərzində bölgədə nələr gördüm, nələr....


18 may Laçının işğalının 26-cı ildönümüdür. Səmimi sözümdür, dərindən tanıdığım üçün İŞĞAL sözünü Azərbaycanın və eyni zamanda, Laçının qeyrətli oğullarına yaraşdırmıram. Daha ağlamaq olmaz! Yağı düşmənə nifrət ruhunda silaha sarılmaq gərək, əziz qardaş-bacılar!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı