“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

13:54 18-05-2018 | icon 769 | Siyasət
“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

 

Sərdar Cəlaloğlu:Sülh danışıqları” adı altında Azərbaycanın əraziləri ermənilər tərəfindən ilhaq olunur”

 

“ATƏT-in yeganə missiyası danışıqları mümkün qədər uzatmaq, Qarabağ probleminin həllinə imkan verməməkdir”.

 

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək üçün yenidən danışıqlara start vermələrinı şərh edərkən bildirib.

 

ADP sədri bildirib ki, ATƏT-in Misk qrupu münaqişənin həlli ilə bağlı işini düzgün icra etməməkə beynəlxalq hüquqa da hörmətsiz yanaşır:

 

“Faktiki olaraq ATƏT-də olan hər üç dövlət ermənipərəst mövqedən çıxış edir və məqsədləri də Qarabağı Azərbaycandan qoparmaqdır”.

 

S.Cəlaloğlu çıxış yolunu Azərbaycanın öz torpalarını  hərbi yolla azad etməsində görüb:

 

“Saziş imzalanarkən nəzərdə tutulmuşdu ki, problem 1 il ərində həll olunmalıdır. 17 illik sülh sazişi olmaz. Əslində “sülh danışıqları” adı altında Azərbaycanın əraziləri ermənilər tərəfindən ilhaq olunur. Minsk qrupu müddəti ona görə uzadır ki, ermənilər həmin ərazilərdə daha sıx məskunlaşıb, hərbi istehkamlar qursunlar. Azərbaycan hökuməti baş verən proseslərə sadəcə müşahidəçi kimi gözləmə mövqeyində qalmamalıdır. Azərbaycan torpaqlarını azad etmək üçün öz müharibəsini aparmalıdır. Yoxsa kimdənsə Qarabağı bizə qaytaracağını gözləmək yanlışdır”.

 

TAHİRƏ

Vürsus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?